Antalya XVIII gün.1 həftə qaldı...
Antalya XVIII gün.1 həftə qaldı...
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Bu gündən etibarən qardaş ölkədə hazırlığın sonuncu həftəsinə qədəm qoyduq. Komandamız bu gün 2 dəfə məşq keçib. Günün ilk məşqi səhər 10:00-da baş tutub. Futbolçularımız fitnes salonunda 90 dəqiqə məşq ediblər. Öncə dənizkənarında açma-gərilmə hərəkətləri edən futbolçular ardınca trenajor alətlərində hər kəsə fərqli müəyyənləşdirilmiş təmrinlər həyata keçiriblər.
Günün iknci məşqi isə futbol meydançasında baş tutub. Müdafiə, yarımmüdafiə və hücum xəttini ayrılıqda sonra isə cəm halında fərqli çalışmalar yerinə yretirildiyi çalışma sonunda 4 qrupa bölünmüş futbolçular 5 dəqiqəlik yüksək tempdə oyun oynayıblar.
Nəzərinizə çatdıraq ki, bu Əfran İsmayılov və Maksim Medvedev məşqlərə qatılmayıblar. Əfranın bel ağrısı davam edibsə, Maksimin dizində ağrı müşayət olunsa da, tibbi müayinədən sonra ciddi bir şey aşkarlanmayıb. Hər 2 futbolçunun sabahdan çalışmalara qatılması gözlənilir.