Antalya XVIII gün.Kapitan nə dedi...
Antalya XVIII gün.Kapitan nə dedi...
`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün təlim-məşq toplanışı davam edir. Hazırlığın sona yetməsi artıq çempionatın getdikçə yaxınlaşmasına dəlalət edir. `Qarabağ`ımızın canlı əfsanəsi Aslan Kərimov `kamp` və çempionat haqqında fikirlərini bildirdi:` 18 gündür təlim-məşq toplanışdayıq. Düzdü, gün sayı heç də yaxşı hazırlığı görsətmir. Amma hec də az olmayan zamanda işlərin yaxşı getdiyi görsənir. Hələ bir həftə burda, eyni müddət də Bakıda olacaq. Bir kapitan və futbolçu kimi uşaqların canla-başla çalışmasından razıyam. İndi biz `yük` yığırıq. Nə qədər çox toplasaq, çempionatda daha rahat olcağıq. Heyətimizə görə heç kimdən zəif deyilik. İnşallah, komandamız avrokuboklara vəsiqə qazanacaq. Təbii ki, işimiz asan deyil. Bütün komandalar artıracaqlar. Maraqlı rəqabət olacaq. Burda ilk növbədə fiziki və psixoloji hazırlıq rol oynayacaq. Kim daha yaxşı qeyd etdiyim faktorlara malik olsa qazanan da o olacaq.`