Antalya XX gün. Baş məşqçinin fikirləri

single-news
31 Yan 2009

Antalya XX gün. Baş məşqçinin fikirləri



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir.  3-cü hazırlıq matçında `Zarya`ya minimal hesabla məğlub olan komandamızın baş məşqçisi Qurban Qurbanov oyun sonrası fikirlərini bildirib:`Düzdü, nəticə yenə istədiyimiz kimi alınmadı. Heç vaxt hakimlikdən  danışmaqdan xoşum gəlmir. Amma Ukraynalı hakimlər bizə açıq-aşkar mane olurdu. Hətta oyunu izləyən həmin ölkənin hakimlər komitəsinin üzvü  də həmyerlilərindən narazı qaldı. Amma yenə də deyirəm. Bizi hakimlik maraqlandırmır. Premyerliqada belə oynasaq demək istədiyimiz nail olmuş olarıq. Özəlliklə, ikinci yarıdakı mücadilədən razı qaldım. Yenilərin komandaya uyğunlaşdığı hiss olunur. Amma oyunumuzu nəticəyə çevirməyi bacarmalıyıq. Heç nədən qapımızda qol gördük. Hazırlıq oyunlarında baş verən səhvlər nəticə çıxarmaq üçündür.`

Paylaş

// pop up