Antalya. XX gün. Üçüncüyə də son..
Antalya. XX gün. Üçüncüyə də son..
Zarya (Luqansk, Ukrayna) 0 - 1 `Qarabağ`(Ağdam,Azərbaycan)
`Zarya` (Ukrayna) - Qavrulov, Pedarenko, Duray, Baloxan, Rayçeviç, Junior, Qomes, Jixani, Karmolita, Kormenyuka, Qrinçenko.
Baş Məşqçi: Volobuyev.
`Qarabağ` - Osman, H.Zaur, Aftandil (Zeki), Admir, Elnur (Azər), Aslan (Emin) (K), Namiq, Rəşad, Sedat (Qara), Rauf, R.Zaur (Nidal).
Baş Məşqçi: Qurban Qurbanov
Hakimlər: Pokitko, Beker, Bunreyev, Rodononko (hamısı Ukrayna).
Qol: Jixani,2 dk.
`Qarabağ`ımız Antalyadakı növbəti hazırlıq matçında `Zarya`nı sınağa çəkdi. Matç komandamız üçün uğurlu başlamadı. Görüşün ikinci dəqiqəsində kuryoz qolla qarşılaşdıq. Cərimə meydançasında Cixanı əllə oynadı. Hər kəs hakimin oyunu saxlayacağını düşündüyü anda fit səsi eşidilmədi və alban futbolçu topu tora göndərdi. Ümumiyyətlə, Ukraynadan olan hakim briqadası oyunboyu verdiyi birtərəfli qərarla komandamızın narazılığına dücar oldu. Amma hər çeyə rağmən təşəbbüsü ələ alan komandamız Ramazanovla əla şans əldə etsədə, hücumçunun aşırma zərbəsi qapının azacıq yanından keçdi. Sedatın zərbəsi də dəqiq olmadı.
İkinci yarı isə təmamilə üstünlüyümüz şəraitində keçdi. Rəşad Sadiqovun cərimə meydançası üzərindən zərbəsi inanılmaz sürətdə qapıya getmədi. Rauf Əliyev isə görüşdə komandamızın ən real qol şansını boşa verdi. Gənc hücumçu qapıçıyla üzbəüz qalsa da, zərbəsi dəqiq olmadı.
Emin İmaməliyevin soldan etdiyi təhlükəli asmalara isə Nidal son nöqtəni qoya bilmədi.
Belədə oyun minimal hesabla rəqibin xeyrinə başa çatdı.
Nəzərinizə çatdıraq ki, zədə üzündən Maksim Medvedev, Sahil Kərimov, Əfran İsmayılov zədə, Artim Şakiri isə xəstəlik ucbatından oyunda iştirak edə bilməyib.