Antalya. XXI gün. 2 dəfə...

single-news
1 Fev 2009

Antalya. XXI gün. 2 dəfə...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Yeni ayın ilk günündə komandamız 2 məşqlə yadda qalıb. Səhər məşqi fitnes salonunda baş tutub. Ənənəvi olaraq 2 qrupa bölünən  futbolçular öncə dəniz kənarında isinmə-gərilmə hərəkətləri yürinə yetiriblər. Sonra isə ağırlıq alətlərində məşqçilərin nəzarəti altında  hər bir  futbolçuya fərdi olaraq müəyyənləşdirilmiş təmrinlər həyata keçirilib. Səhərki çalışma 90 dəqiqə davam edib.

Axşam isə 17:00-da ikinci məşq start götürüb. 2 saata yaxış davam edən məşq zamanı taktiki çalışmalara üstünlük verilib. Özəlliklə, standart vəziyyət üzərinə çalışan komandamız künc və cərimə zərbəsi zamanı mümkün vəziyyətlər üzərində çalışılıb.

Nəzərinizə çatdıraq ki, Maksim Medvedev, Əfran İsmayılov və qapıçı Anar Səlimov  hələ də zədə üzündən məşqlərə qatıla bilmirlər. Ayağında ağrılar hiss edən Aftandil Hacıyev də bu gün çalışmalarda iştirak etməyib. Qızdırma səbəbindən dünənki hazırlıq matçını buraxmalı olan Artim Şakiri isə sıraya dönüb.

Paylaş

// pop up