Antalya. XXI gün. Vitse-kapitan nə dedi?

single-news
1 Fev 2009

Antalya. XXI gün. Vitse-kapitan nə dedi?



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. 4 gündən sonra Bakıya dönəcək komandamız artıq hazırlıqlarını yekunlaşdırmaq üzrədir. Bu dəfə komandamızın vitse-kapitanı Azər Məmmədova müraciət etdik. Sakit,  işində intizamlı, ancaq oynadığı futbolla danışmağı sevən təcrübəli müdafiəçi toplanışı dəyərləndirdi:` Ciddi hədəflərimiz var. Klub rəhbərliyi bizdən bu il uğur gözləyir. Bu bizdə əlavə məsuliyyət yaradır.  22 gün ərzində yaxşı çalışdığımızı deyə bilərəm. Hər bir mövqədə 2 güclü futbolçumuz var. Zənnimcə, hər kəs öz işini başa düşür. Bizim komanda təcrübəli və gənclərin vəhdətindən qurulub. Kollektivçilik ruhu da var. Harda böyük-kiçik yeri bilinirsə orda ruzi-bərəkət olar. Şükür Allaha ki, `Qarabağ`da heç vaxt belə bir problem olmayıb. Düzdü, hazırlıq oyunlarında nəticə baxımdan razı qala bilmərik. Amma ümumi oyunumuz qənaətbəxş idi. Çox illik təcrübəmə əsasən deyə bilərəm ki, bu komanda çoxlarının başını ağrıdacaq.  Düzdü, sözlə vəd verməyi heç vaxt xoşlamıram. İnşallah, çempionatda sözümüzü meydanda deyəcəyik.`

Paylaş

// pop up