Antalya. XXII gün. Bayram kimi...

single-news
2 Fev 2009

Antalya. XXII gün. Bayram kimi...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Hazırlığın 23-cü günü komandamız tək məşqlə kifayətlənib. Səhər baş tutmuş məşq olduqca şən əhval-ruhiyyədə keçib. Öncə `stansiya` çalşması edən futbolçular sonda elə də böyül olmayan ərazidə futbol oynayıb. Oyunun ən maraqlı tərəfi isə 3 məşqçi Mehmet Ak, Müşviq Hüseynov və Elçin Rəhmanovun öz komandalarını yaratması olub. Gərgin keçən mini turmirdə  hər 3 məşqçinin komandası eyni xal toplasa da, Rəhmanovun komandası penaltilər sonucunda qalib gəlib. Qalib komandanın futbolçuları məşqçini atıb-tutmaqla qələbəni qeyd ediblər.

Nəzərinizə çatdıraq ki,  zədəlilərdən Əfran İsmayılov və Sahil Kərimov bu günki çalışmaya qatılsa da, Aftandil Hacıyev, Maksim Medvedev və Anar Səlimov hələ də məşq edəcək durumda deyillər. Sabah komandamız 17:00-da `Kuban`la qarşılaşacaq.

Paylaş

// pop up