Antalya. XXII gün. Gənclər ümidlə...

single-news
2 Fev 2009

Antalya. XXII gün. Gənclər ümidlə...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir. Komadamızda təcrübəlilərlə gənclərin vəhdəti maraqlı bir durum yaradıb. Hər mövqedə bir təcrübəli və prespektiv vəd edən futbolçu var. Bu dəfə bir neçə gəncimizə müraciə etdik. Görəsən, onlar indidən böyük klubun ambisiyalarına alışıblarmı?

Təlim-məşq toplanışında əla hazırlığıyla başda baş məşqçi Qurban Qurbanov daxil olmaqla hər kəsin rəğbətini qazanan  Rauf Əliyev:` 16 yaşımda ilk dəfə `Neftçi`ylə oyunda meydana çıxmışdım. O zamandan bu yana daim öz üzərimdə işləyirəm. İlk hədəfim əsas heyətdə möhkəmlənməkdir. Qurban müəllim hər dəfə məndən razı qaldığını və hazır olmağımı söyləyib. Mən də səylə çalışıram. Allah  nəsib edərsə, uğur qazanan `Qarabağ`ın bir parcası olmaq istəyirəm. `

U-21 baş məşqçisi Berhard Lippertin komandasında ən yaxşı oyunçunun çəkinmədən adını çəkdiyi Əfran İsmayılov:` Mənim mövqeyimdə Artim Şakiri oynayır. Şakiri premyerliqada oynamış, Makedoniyanın kapitanı olub. Ondan öyrənəcəyim  çox şey var.`

U-21-də Əfranın komanda yoldaşı, əvəzedici komandanın uğurlarında əsas pay sahiblərindən olan Natiq Kərimi:` Səylə öz üzərimdə çalışıb vaxtımı gözləyirəm. Futbolda ilk növbədə səbrli olmaq lazımdır. Artıq Qurban müəllim kubok oyununda məni start heyətində meydana buraxıb. İnşallah, komandamız nə qədər güclü olarsa biz də o qədər artırarıq.

Əvəzedici komandadakı uğurlu çıxışı ilə diqqət çəkən Anar Səlimov:` `Qarabağ`ın əsas qapıçısı Fərhad Vəliyev millinin, Osman da aşağı yaş qruplarında əsas qolkiperlərdəndir. Sahil Kərimov da ancaq iddialı klublarda oynayıb. Baxmayaraq ki, onalr məndən böyükdürlər daim bizə sevgiylə yanaşır, öz məsləhətlərini verməkdən çəkinmirlər. `

U-17-nin kapitanı, Madrid  `Real`ının düşərgəsinə yollanması gündəmdə olan Qara Qarayev:` 16 yaşım var. Amma ölkə futbolunda sözünü demiş futbolçularla məşq etmək qürurvericidir. Özüm də `Qarabağ`lıyam. Bu komanda mənim üçün doğmadır. Qurban müəllim mənə deyib ki, hazır olum. Bir qədər həyəcanlansam da, çalışıram daha çox məşq edim ki, mənə etimad edənləri yanıltmayım.` 

Paylaş

// pop up