Antalya. XXIII gün. Matçlara son...
Antalya. XXIII gün. Matçlara son...
`Qarabağ`: Osman, Teli, Zekeriyya, Zaur H, Elnur (Azər), Aslan (Tagim), Namiq, Emin, Artim (Qara), Rauf (Natiq), Zaur R (Nidal).
Baş Məşqçi: Qurban Qurbanov
`Kuban`: Stepanov, Tapuy, Cioyev, Zuaqi, Xoxlov, Keyta, Bayrıyev, Kasayev, Javnercuk, Tixonov, Fabio
Baş məşqçi: Sergey Ovcinnikov
Qollar: Zuaqi 17, Bayriyev 90 p.
Hakimlər: Zubarev, Muravyov, Andreyev, Lisencuk (Ukrayna)
`Qarabağ`ımız Antayadakı təlim-məşq toplanışındakı sonuncu matçını da geridə buraxdı. Bu dəfə ki, rəqibimiz Rusiya Premyer liqa təmsilçisi Krasnodarın `Kuban` kollektivi idi. Oyun qabağı komandamızı bürümüş zədə və xəstəlik epidemiyası səbəbindən baş məşqçimiz Qurban Qurbanov bütün futbolçulara şans verə biləməyəcəyinə görə təəssüflənmişdi. Belə ki, milli komandada olan Fərhad və Vaqiflə qeyd edilən səbəblərə görə Rəşad Sadiqov, Aftandil Hacıyev, Sedat Saini, Əfran İsmayılov, Ayxan Abbasov, Maksim Medvedev, Sahil Kərimov, Anar Səlimov oyunda iştirak edə bilməyəcəkdi. Zaur Ramazanov və Rauf Əliyevin də hərarəti olsa da, hər 2 futbolçu məcburiyyətdən meydana çıxmışdı. Lakin fasilədə Qurbanov onları əvəzlədi.
Oyun komandamız üçün pis başlamadı. İlk 15 dəqiqə ərazi üstünülüyünü əldə saxlasaq da, qapımıza ilk hücumda qol gördük. Cərimə zərbəsi zamanı Zuaqinin topa başla yüngül toxunuşu qol üçün kifayət etdi. Qoldan sonra yenə də ərazi üstünülüyünə sahib çıxsaq da, qola sevinmək mümükün olmadı.
Son dəqiqədə isə qapıçımızla mübarizə zamanı təyin edilmiş penaltini rəqib dəqiq yerinə yetirib hesabı müəyyənləşdirdi.