Antalya. XXIV gün. Başa çatdı...

single-news
4 Fev 2009

Antalya. XXIV gün. Başa çatdı...



`Qarabağ` Futbol Klubunun Antalyada çempionluq mücadiləsi üçün  təlim-məşq toplanışı davam edir.Bu gün komandamız qardaş ölkədə sonuncu məşqinə çıxıb. Səhər baş tutan hazırlıq 2 saat davam edib. Öncə isinmə hərəkətləri edən futbolçular təxminən  20 dəqiqə `kvadrat` oynayıblar. Sonra isə müəyyənləşdirilmiş pulsa 2 dəfə 20 dəqiqə qaçıblar.  Sonda isə 2 qrupa bölünən futbolçular futbol oynayıblar. Bu komandamızın Antalyadakı keçirdiyi sonuncu məşq oldu. Zədəli və  səhhətində problem olanlardan Sahil Kərimov, Əfran İsmayılov, Anar Səlimov kollektiv çalışmalara qatılsalar da Maksim Medvedev, Aftandil Hacıyev fərdi məşq ediblər.

Komandamız sabah səhər saatlarında oteli tərk edəcək. Antalya – İstanbul – Bakı reysiylə vətənə dönəcək.

Paylaş

// pop up