ANTALYA.8-Cİ GÜN. SƏHƏR AĞIRLIQ, AXŞAM ZƏRBƏ VƏ SPRİNT
ANTALYA.8-Cİ GÜN. SƏHƏR AĞIRLIQ, AXŞAM ZƏRBƏ VƏ SPRİNT
“Qarabağ” Futbol Klubunun Antalya hazırlığı bütün sürətiylə davam edir. Get-gedə futbolçulara verilən məşqlərin həcmi də artır. Futbolçularımızın artan xəttlə davam edən yükləmələrə məharətlə sinə gərmələri məşqçi heyətini sevindirməyə bilməz. Gündə iki dəfə məşq edən komandamız günə ağırlıq salonunda başladı. İki qrupa bölünən futbolçulara növbə ilə öncə açıq havada isinmə hərəkətləri edir, sonra isə salona daxil olub təxminən 15 dəqiqə əzələ çevikliyinə xidmət edən təmrinləri yerinə yetirdilər. Sonra isə I qrup – Əfran, Fərhad, Pupo, Muhammed, Anar, Elhad, Şəhriyar, Timur, Osman, Orxan ağırlıq alətlərində məşqçilərin göstərişləriylə müəyyənləşdirilmiş sayda və formada təmrinləri yerinə yetirməyə başladılar. Sonra isə, II qrup – Aslan, Azər, Kənan, Vaqif, Hüseyn, Bayram, Ayxan, Aftandil, Zaur, Murad, Maksim, Rauf, Qoqa da eyni ardıcıllığı yerinə yetirdilər. Maraqlıdır ki, soyuma hərəkətləri də eyni ardıclıqla yerinə yetirdilər. Yəni, öncə gimnastik hərəkətlərə təxminən 15 dəqiqə bədəni soyutmaqla məşğul oldular.
Axşam məşqi isə yenə 16:00-da baş tutdu. Hər zaman olduğu kimi 2-ci çalışmada daha çox texniki və taktiki hazırlıq üzərində çalışıldı. İlk öncə, koordinatsiya, ardınca isə sprint, uzaqdan zərbələr üzrində çalışıldı. Sonra isə 36 dəqiqəlik müntəzəm, qısa dayanıqlılığa xidmət edən çalışma yerinə yetirildi. Onda isə komandamız 2 hissəyə bölünüb 20 dəqiqəlik futbol oynadılar.