Antalyada üçüncü gün

14 Yan 2020
Antalyada üçüncü gün
"Qarabağ"ımız Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komandamız üçüncü günü iki məşqlə tamamlayıb.
Futbolçularımız günün ilk məşqini yüngül çalışmalarla başa vurub. İkinci məşq isə yerli vaxtla saat 17:30-da start götürüb. Yağışlı hava şəraitində baş tutan məşqdə futbolçularımız fiziki təmrinləri yerinə yetirdikdən sonra taktiki çalışmalarla hazırlığı tamamlayıb.