APOEL - "Qarabağ" matçında italiyalı hakimlər

single-news
3 Avq 2019

APOEL - "Qarabağ" matçında italiyalı hakimlər



“Qarabağ”ımızın Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə (Kipr) ilk oyununun hakim təyinatları açıqlanıb. Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək. Ona həmyerliləri Fabiano Preti və Alberto Tegoni yardımçı olacaq. Dördüncü hakim funksiyasını Rosario Abisso yerinə yetirəcək.

6 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyun
21:00 APOEL (Kipr) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Davide Massa
Yan xətt hakimləri: Fabiano Preti, Alberto Teqoni
Dördüncü hakim: Rosario Abisso (hamısı İtaliya)
UEFA hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Romano Klavedetşer (İsveçrə)
Nikosiya. GSP stadionu

Paylaş