APOEL - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq

single-news
4 Avq 2019

APOEL - "Qarabağ"ımız: Mətbuat konfransı və son məşq



Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq APOEL (Kipr) - “Qarabağ”  qarşılaşmasından öncə keçiriləcək komandamızın son məşq və mətbuat konfransının vaxtı açıqlanıb. Avqustun 5-i, sabah baş məşqçimiz Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi GSP stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. 

Paylaş