Appia artıq "Fənər"də

single-news
20 İyl 2005

Appia artıq "Fənər"də



"Fənərbağça" İtaliyanın "Yuventus" klubunun qanalı yarımmüdafiəçisi üçün 8 milyon avro ödədi İnananlar az olsa da, baş tutdu. "Fənərbağça" İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Stefen Appianı transfer etdi. Sarı-lacivərdli komanda 25 yaşlı qanalı futbolçu üçün italyanlara 8 milyon avro ödəyib. "Yuventus"un prezidenti Luçiano Moci İtaliyanın şimalındakı Pavia bölgəsindəki Saliçe Termedə media mənsublarına verdiyi açıqlamada deyib: "Bəli, Appianı türklərə satdıq. Onun transferi üçün "Fənərbağça" istədiyimiz məbləği ödədi". Appia "Yuventus"da olarkən ildə 1,5 milyon avro qazandığından, çox yəqin ki, "Fənərbağça"da da ən azı bu məbləğdə pul alacaq. 26 yaşlı Appia Qananın paytaxtı Akkrada doğulub. Boyu 178 sm, çəkisi 77 kq-dır. "Yuventus"dan əvvəl İtaliyanın "Udineze" (1997-2000), "Parma" (2000-2002), "Breşia" (2002-2003) klublarının heyətində oynayıb.

Paylaş

// pop up