AQİL MƏMMƏDOV: "BELƏ KOMANDA İLƏ ÇEMPİON OLMAMAQ GÜNAHDIR."

single-news
23 Apr 2005

AQİL MƏMMƏDOV: "BELƏ KOMANDA İLƏ ÇEMPİON OLMAMAQ GÜNAHDIR."



AQİL MƏMMƏDOV – Son turda “Karat”la matçın qəhrəmanı. Bərabərlik qolunu vuraraq, komandanı ruhlandıran Aqil qələbə topunun mükəmməl ötürməsinin də memarı oldu. Onu sizlə görüşdürməyə bilməzdik... -Futbol sənin üçün nədir: elm, həyat tərzi yoxsa sadəcə oyun? -Elm deyil. Amma digər ikisindən də var. -Meydandakı Aqillə evdəki Aqil arasında nə fərq var? -Meydanda bir az aqressiv oluram hərdən, amma evdə sakitəm, ümumiyyətlə xaraktercə sakitəm. -Boş vaxtlarında nə ilə məşğul olursan? -Bilyard oynayıram. Domino oynamağı da sevirəm. -Dostların çoxdurmu? -Çox deyil. Amma var. -Daha çox hansı kriteriyalara görə onlarla dostluq edirsən? -Ilk növbədə dost ürəyi təmiz olmalıdır. Əgər dost yaxşı gündə sənin sevincinə sevinirsə, ona dost demək olar. Paxıllıq ən nifrət etdiyim hissdir. -Kiminlə tez - tez ünsiyyətdə olmağı sevirsən? -Komandamızın futbolçuları ilə maraqlıdır. Ailənin də öz yeri var. -Ailə sənin üçün nə deməkdir? -Qısa cavab versəm: Hər şey. -Evdə daha çox nə ilə məşğul olursan? -Uşaqlarımla vaxt keçirdirəm. -Keçək “Qarabağ”a. “Qarabağ” adı sənin üçün nə deməkdir? -“Qarabağ” bizim ağrılı yerimizdir. Bu ad altında oynamağın məsuliyyəti isə tam başqadır. .. -Zədə üzündən bir neçə oyun idi ki, Futbolda yalnız seyirici idin. Bu səni darıxdırırdımı? -Darıxırdım demək azdır.Matçlarımız vaxtı özümü tribunada olduqca pis hiss edirdim. -Amma qayıdışın müdhiş oldu. Nə hisslər keçirdirdin matçdan sonra? -Onu mən nə qədər də çalışsan sözlə deyə bilmərəm. Bu hisslər sözlə ifadə olunacaq qədər sadə deyil. -Nə arzu edərdin “Qarabağ”ımıza? -Nə mümkünsə, hamısını. Ən əsası isə, ÇEMPİONLUQ. “Qarabağ”ı Çempionlar Liqasında layiqincə təmsil etmək...Belə komanda ilə çempion olmamaq günahdır". Aqil Məmmədov ikiqat Azərbaycan Çempionudur. Azərbaycan Kubokunu da başı üzərinə qaldırmaq sevincini yaşamış Aqil bu il üçüncü çempionluğun ləzzətini dadacağına əmindir... UĞUR OLSUN.

Paylaş

// pop up