AQİL ÜÇÜN QƏLƏBƏ DAHA ÖNƏMLİDİR (FUTBOL+, 03.05.2005)
3 May 2005
AQİL ÜÇÜN QƏLƏBƏ DAHA ÖNƏMLİDİR (FUTBOL+, 03.05.2005)
Aqil Məmmədov bir neçə oyunu xədə üzündən buraxsa da, "Karat"la qarşılaşmada qayıtdı və onun dönüşü əla alındı: qol və məhsuldar ötürmə. Komandası "Ədliyyə"yə yenilsə də, Aqil bu matçı da qolsuz tərk etmədi.Seriyanı davam etdirmək üçün "Neftçi"nin qapısına yol tapmaq lazımdır.Daha bir diqqətçəkən məqam ondadır ki, Məmmədov həm "Karat" həm də "Ədliyyə"yə sonradan meydana çıxmaqla qol vurub. Deyəsən əvəzetmədən oyuna daxil olmaq Aqil üçün düşərlidir: " Düzü, mənim üçün meydana start heyətində, yoxsa sonradan çıxmağın heç bir fərqi yoxdur. Bu məşqçinin qərarından asılıdır. Önəmli olan komandamızın qələbəsidir.Qələbənin başqa heç nə haqda düşünmürük. Bu oyundan sonra çempion olmaq şansımıza aydınlıq gələcək. Əlbətdə ki, Samir Musayevin yoxluğunda hücum xəttində işimiz asan olmayacaq. Amma inanıram ki, Vadim və Vüqar onu layiqincə əvəzləyəcək. Hər ikisi oyuna səylə hazırlaşır."