Aqolli oynadı, Teli izlədi (fanat.az)
4 Sen 2010
Aqolli oynadı, Teli izlədi (fanat.az)
"Qarabağ"ın futbolçuları Rumıniyada bir xala sevindi
Fanat: Albaniya yığması Avropa çempionatının seçmə mərhələsinə 1 xalla başlayıb. Fanat.az xəbər verir ki, "Qarabağ"ın iki oyunçusunun yer aldığı komanda səfərdə Rumıniya ilə heç-heçə oynayıb - 1:1.
Oyunda hesabı 80-ci Boqdan Stanku açıb. 87-ci dəqiqədə Qjergiç Muzaka tarazlığı bərap edib.
"Qarabağ"ın futbolçusu Ansi Aqolli meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. Ağdam klubunun digər oyunçusu Admir Teli isə qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.