Aqolli:`Neftçi`ni yox `İnter`i düşünürük.`

single-news
11 Apr 2013

Aqolli:`Neftçi`ni yox `İnter`i düşünürük.`



`Qarabağ`ımız 2 gün sonra `İnter`lə qarşılaşacaq. Premyerliqanın XXVI turu çərçivəsində `ağ-göy`lərlə qarşılaşacaq komandamız hazırlıqlarını davam etdirir. Bugünə komandamızın bir məşqi nəzərdə tutulub. 2-ci pillədə qərarlaşmış  rəqiblə oyunöncəsi `Qarabağ`ımızın sol cinah müdafiəçisi Ansi Aqolli saytımıza həm ötən tur `Neftçi` üzərindəki qələbədən, həm də hədəflərdən danışdı:`Hazırda bütün diqqətimizi `İnter`i oyuna yönəltmişik.  `Neftçi` ilə oyunu unutmuşuq. Bizim `Neftçi`ni ardıcıl 3 oyunda məğlub etməyimiz `ağ-qara`ların liderlik kürsüsündə əyləşməsinə mane olmayıb. İndi  bizə vacib olan `ağ-göy`lər üzərində uğurlu nəticə qazanmaqdır. `İnter`i cari mövsüm uda bilməmişik. Üstəlik, rəqib stabil futbol sərgiləyir və bizimlə eyni hədəflər uğrunda mübarizə aparır. `İnter`in ən böyük üstünlüyü bəlli sistemlərinin olmasıdır. Kimin oynaması onlarda elə də fərq etmir. Amma biz də görüşə qələbə üçün çıxacağıq. `Ev` oyunumuzda qələbə qazanmaq istəyirik. Hazırda `Qarabağ` yaxşı formadadı. Komandamızda zədəlilərin də düzəlməsi vəziyyətimizə müsbət təsir edib. Demək olar ki, hər mövqedə ciddi rəqabət var. Bu da ümumilikdə komandanın `artırmasına` kömək edir.  Hər bir oyuna xüsusi motivasiya ilə hazırlaşırıq. Bəli, bu o deməkdir ki, bütün oyunlara 3 xal üçün çıxırıq. `İnter` nə qədər güclü olsa da, hədəfimiz yenə eynidir. Futbolun gözəlliyi istənilən nəticəyə açıq olmasıdır. İnanıram ki, `İnter`lə görüş baxımlı olmaqla yanaşı istəyimizə uyğun başa çatacaq.`

Paylaş

// pop up