AQTA "Qarabağ"ımızın qonağı oldu

single-news
1 Mar 2019

 AQTA "Qarabağ"ımızın qonağı oldu



Azərbaycan Respublikasının Qida Təhülkəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri "Qarabağ"ımızın məşqçi heyəti və futbolçuları ilə görüşüb. Klubumuzun bazasında baş tutan görüş çərçivəsində idmançılara qida təhlükəsizliyi anlayışı və sağlam qidalanma ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda klub üzvlərinin gündəlik qida rasionunu ilə bağlı fikir mübadiləsi aparılıb.

Agentlik nümayəndələri “Qarabağ” adını hər zaman idman arenasında yüksəklərə qaldıran klub rəhbərliyi və futbolçularına bu şərəfli işdə uğurlar arzulayıb, bu sahədə uğurların davamlı olmasında düzgün qidalanmanın əhəmiyyətindən danışıblar. 
Görüşdən sonra Qida Təhülkəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri klubun qida məhsullarının emalı sahəsinə baxış keçiriblər və peşəkar metodiki tövsiyələr veriblər.

Paylaş