Araz Abdullayev "Qarabağ"ımızda !

single-news
31 Avq 2018

Araz Abdullayev "Qarabağ"ımızda !



"Qarabağ”ımız transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb. Komandamız milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb. Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında klubumuzda keçirəcək.

26 yaşlı vinqer  son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Paylaş

QARABAĞI UNUTMA!