Araz Bağırov: "Uğurumuz gözlənilməz deyil"

single-news
3 May 2019

Araz Bağırov: "Uğurumuz gözlənilməz deyil"



13 yaşlılar arasında Azərbaycan çempionatında eyniyaşlı komandamız ölkə çempionu adını qazanıb. Komandamızın baş məşqçisi Araz Bağırov çempionluq haqqında danışıb.


- Komandanız çempion oldu. Əvvəlcə hisslərinizi bizlə bölüşərdiniz.

-Təbii ki, çox xoş hisslərdir. İnsan əziyyətinin qarşılığını görəndə ayrı bir xoşbəxt olur. Ancaq onu da deyim ki, çox da böyük bir iş gördüyümüzü deyə bilmərəm. Çünki bu uğur bizim üçün elə də gözlənilməz deyil. Mən artıq 3 ildir bu komandadayam, hər zamanda yuxarı pillələr üçün oynamışıq. Güclü komandamız, yaxşı heyətimiz var. Ötən mövsüm finalda uduzsaq da, bu il çempion olmağı bacardıq.


-Qeyd etdiniz ki, ötən finalda məğlub oldunuz. Bu bir ildə nə dəyişdi ?


-Elə də ciddi bir dəyişiklik yoxdur. Ötən mövsüm uşaqlar kədərdən ağlayırdısa, bu il sevicdən eyni hissi yaşayırlar (gülür). Ötən mövsüm ancaq təsəlli mesajları alırdıq. Bu il isə təbrikləri qəbul edirik. Dəyişən bir şey yoxdur (gülür).


-Artıq bir neçə ildir ki, uşaqlarla çalışırsınız. Qarşıdakı hədəfiniz, məqsədiniz nədir ?


-Məqsəd hər gün, hər məşqdə uşaqların futbol bacarıqlarını, biliklərini daha yaxşılaşdırmaqdır. İlk öncə məqsədimiz budur. Daha sonra bunları həyata keçirməkdir. Əgər bir şeyi bilib ancaq onu həyata keçirə bilmiriksə, bilməyinizin çox da mənası olmur. Bizdə bəzən deyirlər ki, uşaq futbolundan nəticə tələb olunmamalıdır. Xeyr, tam əksinə. Elə bil ki, müdafiəçi topu yarımmüdafiəçiyə o isə hücumçuya atır. Hücumçu da fərqlənməyi bacarmalıdır. Bax, bu işin nəticəsidir. Əgər nəticə olmasa, görülən işlərin elə də bir önəmi qalmır.


-Ağlınızdakı oyun sistemi hansıdır. Hücum, yoxsa müdafiə ?


-Bilinirsiniz, bu heyətə görə tətbiq edilir. Məsələn, mənim əlimdəki heyət güclüdür. Ona görə də həmişə hücum futbolu oynayırıq. Mən bəzən oyun zamanı iki cinah müdafiəçini də hücuma göndərirəm. Ona görə ki, qoy, geridə qalan stoperimiz rəqib hücumçuyla birə-bir oynamağı bacarsın, öyrənsin.


-Uşaqların potensialı barədə danışardınız. Əlinizdə gələcəkdə milli komandaya və ya "Qarabağ"ın əsas heyətinə düşşə biləcək uşaqlar var ?


-Açığı, yaxın gələcək barədə indidən danışmaq düz deyil. Doğrudur, məşqçilər hər zaman əllərindəki heyəti tərifləyirlər. Ancaq ortada reallıq var. Bəlkə də yanıla bilərəm. Təbii ki, ik-üç seçilən istedadlı uşaq var. Ancaq onlar da hələ üzərlərində çox işləməlidirlər. Çünki futbol oynamaq o qədər asan iş deyil. Ola bilsin, 17-18 yaşlarına çatanda daha başqa cür ola bilər. Hər halda, bunu gələcək göstərəcək.


-Azyaşlılardan işləməyin mənfi və müsbət tərəfləri nədir ?


-Bizim üçün ən mənfi tərəf valideyinlərin işimizə müdaxilə etməsidir. Məşq prossesindən oyunlara kimi hər şeyə müdaxilə edirlər. Uşağın məşqini izlərkən belə nədənsə narazlıq edirlər. Bəzən uşaqları qruplara bölüb, ki-iki, üç-üç məşq elətdiririk. Dərhal yaxınlışab etiaz edir ki, mənim uşağımı niyə o tərəf göndərdin başa sala bilmirsən ki, bu məşq dir. O dəqiqə də başlayır ki, mən filankəsəm, peşmankəsəm, şikayət edəcəm, ora gedəcəm, klub rəhbərliyinə çıxacam və.s Bütün bunlar bizə problem yaradır. İnanıram ki, zamanla bu problem aradan qalxacaq.


-Uşaqlarla davranış qaydaları necədir. Bəzən məşqçilərin azyaşlı uşaqlarla çox sərt davranıldığı deyilir...


-Bu, məşqçiyə görə dəyişir. Hər kəsin özünə uyğun üslubu var. Təbii ki, bütün hallarda təhqir etmək, alçaldıcı söz demək olmaz. Bunlar qəbuledilməzdir. Ancaq bəzən müəyyən sərtliklərdən istifadə edilməlidir. Bizim komandamız güclü olduğu üçün əksər oyunlarda rəqibdən üstün olamağı bacarırıq. Bəzən görürsən ki, uşaqlarda arxayınçılıq var, rəqibə üstən aşağı baxırlar. Bu zaman təbii ki, onlara ciddi xəbərdarlıq etməlisən. Amma təbii ki, bizim uşaqlar anlayır ki, məşqçi onun üçün ən doğrusunu istəyir.

Paylaş

QARABAĞI UNUTMA!