“Araz Naxçıvan” - “Qarabağ” oyununun yeri dəyişdirildi

single-news
13 May 2024

“Araz Naxçıvan” - “Qarabağ” oyununun yeri dəyişdirildi



Misli Premyer Liqasının XXXVI turunun “Araz Naxçıvan”  - “Qarabağ” oyununun yeri dəyişdirilib. Mayın 26-da keçiriləcək matç “Azersun Arena”da baş tutacaq.

 

Buna Azərbaycan Kubokunun final oyunu ilə bağlı “Liv Bona Dea Arena”da aparılan işlər və Misli Premyer Liqasının 2023/24-cü illər  mövsümünün mükafatlandırma mərasimi səbəb olub. Belə ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. 26 may tarixində “Azersun Arena”da baş tutacaq tədbirdə cari mövsümün çempionu olan komandamıza medallar və çempionluq kuboku, həmçinin turnirin bombardirinə mükafatlar təqdim ediləcək.

Qeyd edək ki, matç saat 19:30-da başlayacaq.

Paylaş