Ardıcıl 4-cü qələbə

single-news
29 Sen 2024

Ardıcıl 4-cü qələbə



“Qarabağ” - “Sabah” - 3:2

Toral Bayramov, 6. Nəriman Axundzadə, 8, Kevin Medina, 17 – Coy Lens Mikels, 45+1. Pavol Safranko, 51

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının VIII turu çərçivəsində “Azersun Arena”da “Sabah”ı qəbul ediblər.

 

Komandamız görüşə aşağıdakı heyətlə çıxıb: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k), 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai.

 

Oyun komandamızın üstünlüyü ilə başlayıb. Nəticədə ilk 17 dəqiqə ərzində qonaqlar 3 dəfə mərkəzə dəvət ediliblər. Əvvəlcə 6-cı dəqiqədə Toral Bayramov uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı açıb. Cəmi 2 dəqiqə sonra Nəriman Axundzadə fərdi reydini qolla tamamlayıb. 17-ci dəqiqədə sağ cinahdan ötürməni Kevin Medina başla qola çevirib.

 

Rəqib komanda birinci hissənin sonlarında və ikinci hissənin əvvəllərində fərqlənərək, fərqi minimuma endirib. Buna baxmayaraq, üstünlüyü sona qədər qoruyan futbolçularımız 3:2 hesablı qələbə qazanıblar. Çempionatda ardıcıl 4-cü qalibiyyətini qazanan komandamız xallarının sayını 18-ə çatdıraraq, liderliyini davam etdirib.

 

Qeyd edək ki, ölkə çempionatında növbəti matçını oktyabrın 6-da keçirəcək “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.

Paylaş

// pop up