Ardıcıl 5-ci, 3-cü 3:0; Rauf 8, Adamiya 7. qollar

single-news
14 Fev 2011

Ardıcıl 5-ci, 3-cü 3:0; Rauf 8, Adamiya 7. qollar



`Qarabağ`ımız premyerliqaya fırtına kimi döndü. Qış fasiləsinə kimi sürət yığan komandamız `Qəbələ`ylə oyunda şou göstərdi. 185 gün sonra Rəşad Sadıqov `Qarabağ`ın heyətində yenidən meydana çıxdı, 192 gün öncə zədələnən, 19 tur sonra meydana dönən Əfran İsmayılov isə dönüşünü qolla yudu.
Qol pərdəsi 15-ci dəqiqədə açıldı. Rəşad Sadiqov növbət əsrarəngiz ötürmələrindən birini verdi, Raufa isə çempionatda 8-ci qolunu vurmaq qaldı. Komandamız 2-ci hissədə daha 2 dəfə fərqləndi. Vüqarın asması zamanı Adamiya başla premyerliqada 7-ci qolunu vurdu. 71-ci dəqiqədə meydana çıxan Əfran İsmayılov isə  3 dəqiqə sonra ilk toxunuşdaca həm qol hesabını açdı, həm də darmadağını rəsmiləşdirdi.
Beləlikə, cari mövsüm 3-cü dəfə 3:0-lıq qələbə qazanan komandamız, son 5 oyunu qalibiyyətlə bitirməklə ilk `6`lıqda yerini təmin etməyi bacardı.

`Qarabağ` - `Qəbələ` qollar: CANLI QOLLAR - bölümündə - http://www.qarabagh.com/1987/?name=videosif&lang=1


 

Paylaş

// pop up