Ardıcıl 6-cı dəfə çempionuq!

single-news
5 May 2019

Ardıcıl 6-cı dəfə çempionuq!



Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunlarına start verilib.

"Qarabağ"ımız evdə "Səbail"lə qarşılaşıb. Oyuna sürətli başlayan komandamız 21-ci dəqiqədə Miçelin qolu ilə hesabı açıb. 42-ci dəqiqədə Mahir Mədətov komandamızın ikinci qolunu vurub. İlk hissə komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb. Mahir matçın 69-cu və 87-ci dəqiqəsində vurduğu qollarla het-trik edərək yekun hesabı müəyyənləşdirib: "Qarabağ"ımız 4:- "Səbail". Beləliklə, komandamız sona 1 tur qalmış ardıcılı 6-cı çempionluğunu rəsmiləşdirib.

Paylaş