Ardıcıl 6-cı il qrup mərhələsində !

single-news
29 Avq 2019

Ardıcıl 6-cı il qrup mərhələsində !



Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq. Turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ımız cavab matçına çıxıb. Komandamız Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edib. Oyuna sürətli başlayan komandamız matçın altıncı dəqiqədə hesabı açıb. Xayme qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Oyunun sonlarına yaxın komandamız rəqib qapısından ikinci topu keçirib. Komandamızda Zubir fərqlənib. Son dəqiqədə isə rəqib fərqi azaldıb.

Beləliklə 2:1 hesablı qələbə qazanaraq ardıcıl altıncı il avrokubokların qrup mərhələsində mübarizə aparacaq.. Beləliklə, "Qarabağ" beşi Avroliqada, biri isə Çempionlar Liqasında olmaqla ardıcıl 6-cı dəfə qrup mərhələsində oynayacaq.


29 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1 
Qol:
 Xayme Romero, 6 (1:0), Abdullah Zubir, 88 (2:0), Şeyn Leyveri, 90+3 (2:1)
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Paylaş

// pop up