Ardıcıl 6-cı qələbə

single-news
18 Okt 2024

Ardıcıl 6-cı qələbə



“Kəpəz” - “Qarabağ” - 0:5
Emmanuel Addai, 17. Aleksey İsayev, 51. Leandro Andrade, 52. Toral Bayramov, 67. Aleksey Kaşuk, 78

 

Komandamız növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri milli komandaların matçları ilə əlaqədar yaranmış fasilədən sonra ilk görüşünü Misli Premyer Liqasının X turu çərçivəsində Tovuz şəhər stadionunda “Kəpəz”ə qarşı keçirib.

 

Komandamız qarşılaşmaya aşağıdakı heyətlə çıxıb: 99. Mateus Koxalski, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.

 

Oyun komandamızın ərazi üstünlüyü ilə başlayıb. Hücumlar 17-ci dəqiqədə bəhrəsini verib. Birinci hissənin qalan dəqiqələrində futbolçularımız bir neçə şans əldə etsələr də, epizodları qola çevirmək mümkün olmayıb.

 

Buna baxmayaraq, fasilədən sonra məhsuldarlıq daha çox olub. Komandamız bu hissədə rəqibin qapısından daha 4 top keçirib. Yeni transferimiz Aleksey Kaşuk da “Qarabağ”ın heyətində ilk qolunu vurub.

 

Beləliklə, 5:0 hesablı səfər qələbəsi qazanan komandamız Premyer Liqada ardıcıl 6-cı qalibiyyətini əldə edib və 9 oyunda topladığı 24 xalla liderliyini davam etdirib.

 

Qeyd edək ki, ölkə çempionatında növbəti matçını oktyabrın 27-də keçirəcək “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Paylaş

// pop up