Ardıcıl 9-cu qələbə: `Qarabağ` - AZAL. 1:0

single-news
18 Mar 2011

Ardıcıl 9-cu qələbə: `Qarabağ` - AZAL. 1:0



`QARABAĞ`: Boyan Pavloviç, Qara Qarayev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Rauf Əliyev, Rəşad Sadıqov, Vüqar Nadirov, Əfran İsmayılov,  Admir Teli, Ansi Aqolli, Georgi Adamiya

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Haşimov, Elvin Məmmədov, Samir Abbasov, Andreys Rubins, Nderim Nedzipi, Devran Ayhan

Baş məşqçi: Qurban Qurbanov

AZAL: Cahangir Həsənzadə, Robert Petrov, Ritus Krjauklis, Elvin Əliyev, Viktor İbokoyi, Mənsur Limani, Nuqzar Kvirtiya, Aqil Nəbiyev (k), Vüsal Qarayev, Zohair Benuahi, Enyo Krastovçev

Ehtiyat oyunçular: Elşən Poladov, Tərlan Xəlilov, Usim Nduka, Qvidas Yuşka, Mirko Bunyevçeviç, Anar Həsənov, Cavid Rəhimov

Baş məşqçi: Nazim Süleymanov

1`- Oyun başlayır

2`- Vüqar sürətlə irəliləyir, qapıya doğru zərbə o qədər güclü olmur, qapıçı topu tutur

4`- `Qarabağ` hücumu... Rəşad Sadiqov irəliləyir, lakin ona qarşı qayda pozulur və hakim cərimə zərbəsi təyin edir

5`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru qüvvətli zərbə... lakin top qapının üstündən keçir

7`- Komandamızın daha bir hücumu... Lakin Cahangir Həsənzadə Vüqara zərbə endirməyə imkan vermir

8`- AZAL-ın əks hücumu... qapıya doğru zərbə və top qapının yanından keçir

12`- AZAL künc zərbəsini yerinə yetirir, müdafiəçilərimiz topu uzaqlaşdırır

14`- `Qarabağ` hücumu... Adamiyanın Vüqara ötürməsi, lakin Vüqarın zərbəsi dəqiq olmur

15`- AZAL küncə zərbəsini yerinə yetirir, Pavloviç topu asanlıqla tutur

16`- Rəşad Sadiqova qarşı qayda pozulur və Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir

17`- Əfrandan Qaraya gözəl ötürmə, lakin Qara Qarayev topa çatmır

18`- Elvin Əliyev Aqolliyə qarşı kobud oynayır, lakin hakim sadəcə xəbərdarlıq verdi

20`- Namiqdən Əfrana gözəl ötürmə, Əfranın qapı qarşısına ötürdüyü topa Raufun zərbəsi, lakin qapıçı topu dəf edir, qayıdan topa Rəşad Sadiqovun zərəbəsi, lakin top bu dəfə qapıdan qayıdır

22`- Komandamızın daha bir hücumu... Rauf rəqibləri ilə mübarizə aparır, lakin top meydandan çıxır. Vüqar künc zərbəsini yerinə yetirir, lakin nəticəsizdir

24`- Növbəti hücum... lakin Adamiya və Əfran bir-birini başa düşmür

27`- AZAL-da Mansur Limani cərimə zərbəsini yerinə yetirir və top qapıdan aralı keçir

29`- Komandamız hücum qurmağa çalışır. Lakin Raufa qarşı kobud oynayırlar

31`- Adamiyanın Raufa gözəl ötürməsi... Rauf qapıçı təkbətək qalır.. Lakin Raufa qarşı Cahangir Həsənzadə qaydanı pozur. Və hakim 11 metrəlik cərimə zərbəsi təyin edir

32`- Adamiya penaltini dəqiq yerinə yetirir, Və QOOOOOL! Hesab açılır

34`- Adamiya zədələnir və ona meydanın kənarında tibbi yardım göstərilir

36`- Daha bir hücum... Əfranın Raufa ötürməsi, lakin Aqil Nəbiyev Raufa qapıya zərbə endirməyə imkan vermir

37`- Vüqar künc zərbəsini yerinə yetirir, lakin müdafiəçilər çox çətinliklə topu uzaqlaşdırır

39`- `Qarabağ`ın hücumu... Aqollinin qapı qarşısına ötürməsi... Lakin Raufun başla zərbəsi çox az fərqlə qapının üstündən keçir, demək olar ki 100 faizlik qol şansından istifadə edə bilmirik

40`- Oyunda `Qarabağ` tam üstünlüyü ələ alıb

42`- Adamiyanın gözəl ötürməsi, lakin rəqib oyunçular Raufa irəliləməyə imkan vermir

45`- Komandamızın hücum... lakin Vüqara qarşı qayda pozulur

45+1`- AZAL cərimə zərbəsini yerinə yetirir, Və Adamiya topu rəqiblərindən alaraq sürətlə irəliləyir, lakin son anda Elvin Əliyev ona mane olur. Hakim ilk hissəni bitirir

46`- İkinci hissə başlayır. AZAL-da oyunçu dəyişikliyi... Robert Petrovu Qvidas Yuşka əvəzləyir

50`- Azal-da Elvin Əliyev cərimə zərbəsini yerinə yetirir, Vüqar topa ələ keçirir sürətlə irəliləyir, lakin o topu itirir

52`- Komandamızın hücumu... Raufa ötürə, lakin qapıçı topa Raufdan daha tez çatır

54`- Azal-ın hücumu... qapıya doğru zərbə və Pavloviç yaxşı oynayır

55`- `Qarabağ` hücumu.. Adamiyanın Rəşada ötürməsi... lakin topu itirilir

58`- Növbəti əks hücum.. Adamiya irəliləyir, Əfrana ötürmə, təkrar Adamiyaya ötürmə, lakin hücumun qarşısı alınır

62`- Azal hücumu.. Qapıya doğru zərbə və Pavloviç yerindədir

63`- Komandamızın hücumu... Vüqarın qapı qarşısına ötürməsi, Əfranın qapıya doğru zərbəsi, lakin qapıçı topu çətinliklə dəf edir, lakin hücum davam edir, raufun zərbəsi, lakin müdafiəçilər bu dəfə topu uzaqlaşdırır

67`- Vüqar Nadirov künc zərbəsini yerinə yetirir, lakin topa zərbə endirən olmur

68`- Adamiyaya qarşı kobud oyuna görə Zohair Benuahi sarı vərəqə alır

69`- Əfran İsmayılov sarı vərəqə alır

70`- Azal-da oyunçu dəyişikliyi... Vüsal Qarayevi Tərlan Xəlilov əvəzləyir

71`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Əfran İsmayılovu Samir Abasov əvəzləyir

72`- `Qarabağ` hücumu... Adamiya irəliləyir, lakin rəqib oyunçular topu meydandan çıxarır.

73`- Aqolli künc zərbəsini yerinə yetirir

74`- Namiq Yusifova qarşı kobudluq və o zədələnir, ona tibbi yardım göstərilir

76`- Komandamızın hücumu... Rauf Əliyev irəliləyir, lakin onun qarşısı alınır

79`- Təhlükəli hücumumuz... Vüqarın qapı qarşısına ötürməsi, lakin Cahangir Həsənzadə son anda irəli çıxaraq Raufa zərbə endirməyə imkan vermir

80`- Ardıcıl hücumlarımız... Vüqar sürətlə irəliləyir... sağ küncdən qapıya doğru zərbə, lakin top qapıdan aralı keçir

83`- Raufa qarşı İbokoyi qaydanı pozur. AZAL-da sonuncu oyunçu dəyişiklyi... Cavid Rəhimov oyuna daxil olur

84`- Elvin Əliyev əllə oyuna görə sarı vərəqə alır

85`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir.. qapıya doğru qüvvətli zərbə, lakin qapıçı topu dəf edir

87`- `Qarabağ`da oyunçu dəyişikliyi... Adamiyanı Elvin Məmmədov əvəzləyir

89`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, lakin nəticəsizdir

90+1`- Oyuna 3 dəqiqə əlavə olunur

90+2`- Vüqardan Elvinə gözəl ötürmə... Lakin Elvin topu itirir. Viktor İbokoyi sarı vərəqə alır

90+3`- Rəşad Sadiqovun qapıya doğru zərbəsi... lakin top çox az fərqlə qapıdan aralı keçir

Daha bir hücum.. Rauf Əliyev irəliləyir... qapıya doğru zərbə, lakin qapıçı topu dəf edir

90+4`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Rəşad Sadiqovu Devran Ayhan əvəzləyir. Vüqar künc zərbəsini yerinə yetirir. Və hakim oyunun bitdiyini bildirir.

Beleləliklə `Qarabağ`ımız ardıcıl 9-cu qələbəsini qazanır 

Paylaş

// pop up