Ardıcıl V dəfə !!!

single-news
22 Apr 2018

Ardıcıl V dəfə !!!



Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. XXIV turun bu gün keçirilən oyunlarından sonra "Qarabağ"ımız Azərbaycan çempionu titulunu qazanıb.

Komandamız səfərdə “Sumqayıt”ı Dani Kintananın qolu sayəsində 1-0 hesabı ilə məğlub edərək Premyer Liqanın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.

Bununla da “Qarabağ”ımız ümumilikdə 6-cı, ardıcıl 5-ci çempionluğunu qazanıb. İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən klubumuz 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.

Paylaş