ARDICIL YEDDİNCİ DƏFƏ !!!

single-news
2 Okt 2020

ARDICIL YEDDİNCİ DƏFƏ !!!



Bu gün Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. "Qarabağ"ımız bu mərhələdə səfərdə Poşanın "Legiya" klubunun qonağı olub. Komandamız oyuna sürətli başlasa da, hesabı aça bilməyib. İlk hissənin sonlarında rəqibin hesabı açmasına isə qapıçımız Şahruddin Məhəmmədəliyev mane olub. İlk hissə qolsuz bərabərıiklə başa çatıb. İkinci hissəyə isə komandamız qolla başlayıb. Matçın 50-ci dəqiqəsində Ovusunun ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Bu qoldan 12 dəqiqə sonra isə səhnəyə Abdullah Zubir çıxıb. Rəqibin müdafiə xəttini yaran Zubir topu qapıçının ayaqları arasından tora göndərib. 70-ci dəqiqədə isə komandamız üçüncü qolu rəqib qapısından keçirib. Andradenin ötürməsini Ozobiç fərqlənib və qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Qarabağ"ımız ardıcıl VII dəfə avrokubokların qrup mərhələsində mübarizə aparacaq. 

Paylaş