Argentina - Portuqaliya 2:1, Messi - Ronaldo 1:1

single-news
10 Fev 2011

Argentina - Portuqaliya 2:1, Messi - Ronaldo 1:1



Fevralın 9-unda keçirilən Portuqaliya-Argentina matçı günün ən maraqlı oyunlarından idi. Görüşə əlavə maraq qatan əsas detallardan biri Kriştian Ronaldo və Lionel Messinin qarşı-qarşıya gəlməsi idi. “Real Madrid” və “Barselona”nın ulduzlarının dueli 1:1 hesabı ilə nəticələndi – ulduzlar hərəyə bir qol vurdular. Oyunun ümumi nəticəsi isə Messigilin xeyirinə oldu: Argentina 2:1 hesabı ilə qalib gəldi.
Günün digər maraqlı oyunlarında Almaniya və İtaliya meydandan sülhlə ayrıldı. Fransa və Braziliya arasında baş tutmuş dueldə isə avropalılar Benzemanın vurduğu yeganə qolla qalib gəldilər.

Paylaş

// pop up