`Arkadia` və `Rid`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5500.jpg)
29 Dek 2011
`Arkadia` və `Rid`
`Qarabağ`ımız hələ də istirahətdədir. Yanvarın 10-da yığışacaq komandamız 5 gün Bakıda məşq edəcək. Yanvarın 15-də isə komandamız Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. `Qarabağ`ımız Antalyanın Belek bölgəsində yerləşən `Arkadia Limak` otelində məskunlaşacaq. Fevralın 4-nə kimi qardaş ölkədə qalacaq komandamız bu müddətdə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. `Qarabağ`ımız yanvarın 21,25,27,31-i və Fevralın 3-də hazırlıq maçı oynayacaq. Artıq ilk 2 rəqibimiz bəllidir. Yanvarın 21-də komandamız Qazaxıstan superliqa təmsilçisi `Taras`la qarşılaşacaq. Yanvarın 25-i isə rəqibimiz Avstriyanın ünlü `Rid` komandası olacaq. Avstriyalılarla oyunun keçirilmə vaxtı da məlumdur. Görüş 15:15-ə planlaşdırılıb. `Qarabağ`ımızın digər rəqiblərinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.