`Arsenal` darmadağınla, `Bavariya` isə..VİDEOLAR

single-news
10 Mar 2010

`Arsenal` darmadağınla, `Bavariya` isə..VİDEOLAR



Çempionlar Liqasının ¼ final mərhələsinin ilk iştirakçıları məlum olub. Dünən gecə baş tutan 2 oyunda azarkeşlər hər görüşdə 5 qolun şahidi olublar. Düzdü, bu 5 qolların biri eyni apıya vuruldusa, digər oyunda azarkeşlər əsl dramatik mübarizə izlədilər. Səfərdə `Porto`ya 2:1 hesabıyla məğlub olan `Arsenal` evdə rəqibininin daşını daş üst-üstə qoymadı. Portəgizləri tam 5 dəfə meydana mərkəzdən başlamağa dəvət edən Niklos Bentner het-trik etdisə komanda yoldaşı Andrey Arşavin 3 dəqiq ötürmə ilə fərqləndi.

Digər görüş isə daha dramatik alındı. Almaniyada `Bavariya` qarşısında yaxşı oyun sərgiləyən və son dəqiqələrdə hakimlər tərəfindən haqsız olaraq uduzdurulan `Fiorentina` oyuna əla başladı. 54-cü dəqiqədə italyanlar 2:0 önə keçsə də, daha təcrübəli almanlar sonda istəyini reallşadırıblar. Öncə Van Bommel hesab arasındakı fərqi azaltsa da, `Fio`nun 19 yaşındakı gənc ulduzu Yovetiç dublunu rəsmiləşdirib. Bu hesab yenə `Fio`bu qane etsə də cəmi bir dəqiqə sonra Robbenin möhətəşəm zərbəsi `Bavariya`nın məğlub olmasına baxmayaraq səfərdə 1 qol artıq vurması səbəbindən növbəti mərhələyə adlayıb.

 

`Fiorentina` - `Bavariya` 3:2 (ilk oyun 1:2) 

`Arsenal` - `Porto` 5:0 (1:2)

Paylaş

// pop up