"ARSENAL" FİNAL DEYİR !

single-news
20 Apr 2006

"ARSENAL" FİNAL DEYİR !



Çempionalr liqasında yarımfinalın ikinci oyun günü də arxada qaldı. İngiltərədə "Arsenal" "Vilyareal"ı qəbul etdi... Müdafiədə inamlı oyun və birinci hissənin son dəqiqələrində vurulmuş qol Hayberi stadionuna toplaşan azarkeşlərə sevinclə dolu həyəcanlı anlar yaşatdı. Kolo Turenin qolu miniml da olsa "Arsenal"a növbəti mərhələyə çıxmaq, final həyəcanı yaşamaq üçün şans verdi. .. Yerli klub Rikelmeni addım - addım izləyən futbolçu ilə oynatması qonaqlara qol vurmaq üçün imkan vermədi. Belədə, İngilis klublari ilə son beş oyunda məğlubiyyət acısı dadmayan ispanlar üçün bu seriyanı davam etdirmək arzusu arzu olaraq da qaldı. Əgər cavab oyununda da "Arsenal" bu taktikanı işə sala bilsə, onda 17 mayda keçiriləcək final matçına adını yazdırmış olacaq. Cavab oyunları gələn həftə keçiriləcək.

Paylaş