"Arsenal" - "Qarabağ"ımız 0:1

14 Dek 2018
"Arsenal" - "Qarabağ"ımız 0:1
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
Azərbaycanı tək təmsil edən “Qarabağ”ımız turnirdə bu mövsüm sonuncu oyununu keçirib. Komandamız 6-cı turda London “Arsenal”ının qonağı olub. Bu görüşdə “Qarabağ”ımız rəqibinə 0:1 hesabı ilə uduzub.
Qrupun digər oyununda “Sportinq” “Vorskla”ya qalib gəlib - 3:0.
13 dekabr
Avropa Liqası, qrup mərhələsi, 6-cı tur
E qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Lyakazett, 17
Baş hakim: Yens Qrabski (Danimarka)
London. “Emireyts” stadionu