"ARSENAL" "QARABAĞ"LA HEÇ-HEÇƏ OYNADI.( 525-Cİ QƏZET, 28 YANVAR)

single-news
28 Yan 2005

"ARSENAL" "QARABAĞ"LA HEÇ-HEÇƏ OYNADI.( 525-Cİ QƏZET, 28 YANVAR)



Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" artıq hazırlığın birinci mərhələsini yekunlaşdırıb. Milli komandanın heyətinə cəlb edilən Rauf Mehdiyev, Samir Abbasov, Aslan Kərimov, Aqil Məmmədov, İsmayıl Məmmədov və Vüqar Nadirov isə komandaya yaxın günlərdə qoşulacaq. Fevralın 5-nə qədər Türkiyədə hazırlıq prosesi keçəcək Ağdam klubu hələlik baxışa dəvət etdiyi legionerlərdən heç biriylə rəsmən müqavilə imzalamayıb. Altı yeni futbolçu yoxlanış müddətində olduğundan bu proses ləngiyir. Legionerlər Denis Sokolovski (Polşa), Dmitri Kobelski, Artyom Şubin (Ukrayna), Vladimir Boxaç (Xorvatiya), Akaki Kvemadze (Gürcüstan) və Engindir (Türkiyə). Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, baş məşqçi İqor Ponomaryovun rəhbərliyi altında "Qarabağ" növbəti yoldaşlıq görüşünü keçirib. Ukraynanın güclülər dəstəsində yarışan "Arsenal"la qarşılaşan komandamız baxımlı oyun göstərib. Hesabı Vadim Vasilyev açıb, lakin sonradan rəqib bərabərlik qolunu vura bilib. Həftə sonu həmyerlilərimiz daha 2 yoxlama matçında oynayacaq. Rəqiblər Rusiyanın "Fakel" və Xorvatiyanın "Rudniçki" komandalarıdır.

Paylaş