Asen “Qarabağ”ı seçəcək? (futbol+, 16.05.2006)

single-news
16 May 2006

Asen “Qarabağ”ı seçəcək? (futbol+, 16.05.2006)



Beş aylıq fasilədən sonra “Turan”ın düşərgəsinə qayıtsa da, iki ilə yaxındı şərəfini qoruduğu komandanı tərk etmək fikrində olan Asen Nikolov seçim etməkdədi. 30 yaşlı bolqar yarımmüdafiəçi dünən klub rəhbərliyiylə gələcək taleyi haqda söhbətləşib. Asenin “Turan”ın icraçı direktoru Yaşar Sultanovla görüşü olub. İddialı klublarımızın birində karyerasını davam etdirmək fikrində olan Nikolov 4 komandadan təklif alıb. Ancaq adları hələ açıqlanmayan bu klublar tələsməyərək mövsümün bitməsini gözləyir. Elə bu vaxt Nikolovun keçidiylə bağlı “Turan” rəhbərliyiylə danışıqlar başlanacaq. Ad çəkilməsə də, böyük ehtialla UEFA kubokunda bu il ölkəmizi təmsil edəcək “Qarabağ”ın Asenlə maraqlandığı realdı. Bu yerdə qeyd etmək yerinə düşər ki, bolqar yarımmüdafiəçiylə hələ dövlərarası fasilədə ciddi maraqlanan ağdamılar o vaxt keçidə çox yaxın idi. Nikolovla hələ ilyarımlıq müqaviləsi olan “Turan” onu satmaqda maraqlı olaraq bununla bağlı danışıqlara hazırdı. Özü də bu zaman klubla yanaşı, futbolçunun da maraqları nəzərə alınacaq və Asenin istədiyi komandaya keçidinə əngəl törədilməyəcək, lazım gələrsə müəyyən mənada güzəşt də ediləcəyi gözlənilir. Əslən türk olan Nikolov artıq Azərbaycana öyrəşdiyindən karyerasını yenə burda davam etdirməkdə maraqlıdı və o geri qayıtmağa ən son variant kimi baxır. Asenin klublarımızdan birinə keçidi baş tutmayacağı halda Bolqarıstandakı variantları - ona yaxşı tanış olan “Slaviya”yla “Botev”i nəzərdən keçirəcək.

Paylaş