Aslan Kərimov: 16 ildən sonra kubok qazanmaq fərqli olardı`
11 Mar 2009
Aslan Kərimov: 16 ildən sonra kubok qazanmaq fərqli olardı`
Qazandığımız ilk kubokdan düz 16 il keçir. 3 dəfə ölkə kubokunu qazanacağımız halda bu zəfəri yaşayacaq bir isim olacaq: canlı əfsanə Aslan Kərimov. 16 il bunda öncə 19 yaşlı yarımmüdafiəçi bəlkə də xəyalına gəlməzdi ki, 13 il sonra kapitan kimi komandasının ikinci kubokunu başı üzərinə qaldıracaq. Və budur, Aslan tarix yazmağa yaxındır. Koamndamızın kapitanı 19 il sonra 3-cü dəfə eyni sevinci yaşamaq istəyir:` Açığı, 1993-cü ili xatırlayanda sadəcə şirin xatirələr yadıma düşür. Futbola yeni başlayan biri kimi bu uğur mənə çox əziz idi. Həmin il eyni zamanda ölkə çempionluğunu da qazanmışdıq. O zamanlar fərqli bir kollektivin üzvü idim. Çünki bütün futbolçulardan gənc idim. İndi isə üzərimdə başqa bir məsuliyyət var. Təbii ki, kuboku qazanmaq mənə başqa bir sevinc gətirəcək. Futbol ömrümə çox qalmayıb. Karyeramı bitərən məqamda titul qazanmaq üçün əlimdən gələni edəcəm.`