ASLAN KƏRİMOV: “AZARKEŞLƏRİMIZİ SEVİNDİRDİYİMİZƏ GÖRƏ, QÜRUR DUYURAM”

single-news
2 Apr 2007

ASLAN KƏRİMOV: “AZARKEŞLƏRİMIZİ SEVİNDİRDİYİMİZƏ GÖRƏ, QÜRUR DUYURAM”



O, “Qarabağ”ın və Azərbaycan milli komandasının kapitanıdır. Meydanda və oradan kənarda centlemenliyi ilə seçilən Aslan Kərimov millimizin Finlandiya üzərindəki tarixi qələbə zamanı oyunuyla göz doldurdu. Bəs görəsən, kapitanımız özü bu barədə nə düşünür? Kərimov bu və digər məqamlar barəsində saytımıza mühasibə verib.

Gözlənilməz ziyarət...

- Aslan, ilk öncə səni qələbə münasibəti ilə təbrik edirik.
- Çox sağ olun, minnətdaram.
- İndi hər kəs milli mücadilədən danışır. Millinin kapitanı olaraq Finlandiya ilə oyun haqqında danışardın...
- Oyun gözlənildiyi kimi asan olmadı. Onsuz da beynəlxalq müstəvidə keçirilən oyunlarda gərginlik yüksək səviyyədə olur. Ən əsası Polşayla oyundan sonra finlərlə görüşə hazırlaşmaq əlavə motivasiya tələb edirdi. Yəni, futbolçuların psixoloji durumunun sabitləşməsi lazımdı. Polşaya 5:0 lıq məğlubiyyətdən sonra 4 günlük bizə asan olmadı. Hər halda nəticə göstərdi ki, biz bunun öhdəsindən gəldik.
- Bunu nəyə borclusuz? Polşaya oyundan sonra qələbə qrupun uduzmayan komandasını məğlub etmək ...
- Deməzdim ki, Varşavada pis oynadıq. Sadəcə, oyunun ilk dəqiqələrində buraxdığımız iki qol oyunun taleyini həll elədi. Düzdü, bundan sonra hücum qurmağa cəhd etdik. Amma alımadı. Onların isə demək olar ki, hər bir təhlükəli epizodu qolla nəticələndi. Son oyunda isə həm özümüz həm də azarkeşlərimiz üçün oynadıq. Bir şeyi də unutmaq lazım deyil ki, oyuna gedın zaman Azərbaycan futbolunun birliyini gördük. Belə ki, başda prezident olmaqla ölkənin lider komandalarnın baş məşqçiləri bizi ziyarətə gələrək dəstək verdilər.
- Kimlər idi?
- Başda bizim hoca Rasim Kara olmaqla, Ağasəlim Mircavadov, Qurban Qurbanov, İqor Nakoneçnı, Yunis Hüseynov, Əsgər Abdullayev bizi artıq stadionuna gedərkən bizimlə görüşərək bizə inandıqlarını, dəstək verdiklərini bidirəndə, artıq qələbənin bizə yaxın olduğunu anladıq.

“Psixoloji sarsıntıdan çıxmalıydıq”

- Aslan ilk oyunda müdafiənin sağında oynadın. Klubda isə uzun müddət dayaq yarımmüdafiəçi mövqeyində çıxış etmisən. Bu sənə bir çətinlik yaratmadı?
- Ümumiyyətlə, futbolun həyatın böyük qismində sağ cinahda oynamışam (gülür). Ona görə də deməzdim ki, bu ampula mənə yaddır. Düzdü, uzun müddət bir mövqedə oynayanda ora öyrəşirsən. İstər-istəməz rotasiya müəyyən problemlər yaradır. Amma, biz qrupda rəqiblərin əksəriyyəti bizdən güclü olduğunu nəzərə alsaq, əsas odur ki, hansı mövqedə oynamağından asılı olmayaraq, “qab”ında olandan daha artığını ortaya qoymalı və mübariz keyfiyyətlərini göstərməlisən. Əks halda uğur əldə etmək çətin olar.
- 4 günə iki oyun oynadınız. Şahin Diniyev hər biri üçün ayrıca taktika müəyyələşdirdi?
- Yox, qısa zamanda ciddi dəyişiklik etmək qeyri-mümkündür. Belə hazırlıqlar ən azı 3-4 ay müddətində aparılır. Belə qısa zamanda yeni bir şey icad etmək müşkül məsələdir. Bunu ümumiyyətlə, dünyanın heç bir məşqçisi belə bir şey edə bilməz. Sadəcə olaraq, biz 4 gün ərzində psixoloji sarsıtıdan çıxmalıydıq. Şükür Allaha ki, bunun öhdəsindən gəldik.

“Azarkeşlərə hər zaman borcluyuq”

- Qələbəyə inanırdız?
- 100 faiz deyə bilmərəm ki, inanırdıq. Amma onu bilirdik ki, yaxşı çıxış edəcəyik. Azarkeşlərin önündə, layiqli oynamaq lazımdı ki, inanıram ki, bunu bacara bildik.
- Gözlədiyiniz azarkeş kütləsiylə qarşılaşdınız?
- Biz azarkeşlərə hər zaman borcluyuq. Belə götürəndə, futbolu azarkeşlər üçün oynayırıq və biz onların futbolçularıyıq. Amma hesab açılmamışdan öncə bəzi insanların “istefa” qışqırması heçdə xoş deyildi. Zənnimcə, qrupda birinci yerdə gedən, uduzmayan komandayla heç-heçə də nailiyyətdir. Bu bizi məyus etdi. Onlarıda başa düşürəm. Amma 5:0 qələbə qazansaydıq da o şüar səslənəcəkdi. Demək istəyirəm ki, bəzilərinin bizim qələbə qazanmağımız maraqlandırmırdı.

“Yazılanlara diqqət vermirdik”

- Aslan, 10 ildən çoxdur yığmadasan...
- Bəli, təxminən 1993-cü ildən millimizin formasını geyinirəm
- Demək istəyirəm ki, Azərbaycan müstəqillik illərində acı nəticərimiz çox olub. Lakin nədənsə, seçmə tsiklin başndaca hazır ki, milli indiyə kimi görünməmiş tənqid dalğasına məruz qalıb.
- Vallah nə deyim? Bir onu bilirəm ki, medianın milliyə münasibətin formalaşmasında böyük rolu var. Düzdü, iş olan yerdə tənqidlər də olmalıdır. Bunu anlayışla qəbul edirəm. Zənnimcə, yanaşmalar bir qədər obyektiv olsaydı daha yaxşı olardı. Bəzən yazılanların heç də tənqidə də sığmırdı.
- Bu siz də əlavə motivasiya yaradırdı?
- Yox, inandırım sizi, onların əksəriyyətinə heç fikir vermirdik. Çünki, bu bizi “sındıra” bilərdi. Çünki, qeyd etdiyim ki, bəzən deyilənlər heç bir məntiqə sığmırdı. Heç bu haqda danışmaq da danışmaq da lazım deyil. Amma, bir qədər hər şeyi tənqidi yanaşılsaydı daha faydalı olardı.

“Baş məşqçinin işinə qarışa bimərəm”

- Şahin Diniyev, baş məşqçi təyin olunandan sonra “gəncləşdirmə” siyasətinə üstünlük verdi. Sən isə karyeranın son illərini yaşamasına baxmayaraq, Diniyevin əvəzedilməz oyunçususan...
- Mən baş məşqçinin işinə qarışa bilmərəm. Şahin müəllimin hər bir məşqçidə olduğu kimi öz fəlsəfəsi var. Mənim onun işinə qarışmağım heç bir etik çərçivəyə sığmır. Mən futbolçuyam. Mənə verilən tapşırığı meydanda yerinə yetirməyə çalışmaq əsas vəzifəmdir.
- “Gəncləşdirmə” səni narahat etmir.
- Yox.(gülür). Hər zaman məşqçilərə sağılı, özümə qarşı tələbkar olmuşam. Gəncləşdirmə deyəndə komanda birdən birə yenitmələrdən qurulmamalıdır. Hər zaman təcrübəli futbolçulara ehtiyac var. Futboçuların milliyə layiq olub-olmadığını müəyyənləşdirmək mənə düşməz. Zənnimcə, hər bir məşqçi layiq olan futbolçuları yəni özünün taktiki sxeminə uyğungələnlərindən xidmətinin istifadəsində maraqlı olur. Yəqin Şahin müəllimdə mənim xidmətimdə maraqlı olduğu üçün milliyə çağırır. Əgər sabah milliyə çağrılmasam, günahı özümdə görəcəm ki, deməli, məndə hansısa çatışmamazlıq var.
- Aslan, artıq 34 yaşın var. Sənin tayların bu vaxtda butslarını mismardan assalarda, sənin daim məşqlərdə necə işlədiyini və özünə “baxmağının” şahidi olmuşam. Azərbaycan futbolçusunda isə məhz bu çatışmır
- Yenə də deyirəm, həmkarlarımı müzakirə etmək mənə yad olan bir şeydir. Bəzən oyunçuların formalarının zirvısində olanda onu qoruyub saxlamaöa əziyyət çəkirlər. Bu mənim də başıma gəlib. Belə məqamlarda bizim futbolçulara təcrübəli futbol psixoloqlarının ehtiyacı var. Avropada bu baxımından heç bir problem yoxdur. Amma Azərbaycanda bu məsələ yetərincə öz həllini tapmayıb.

“Polşadan intiqam alacağıq”

- Yenidən milliyə qayıdaq. Azərbaycan Finlandiyanı məğlub etdi. Bununla ölkə nə qazandı?
- Ən əsası azarkeşləri sevindirə bildik. Milli uzun müddətdi qələbə qazana bilmədiyindən azarkeşlərin qələbəyə “ac”mışdı. Qonşu Türkiyəyə baxanda hər qələbədən sonra insanların küçələrə səpilib bayram etməsini görüncə bizim də eyni duyğuları yaşamağı arzulayırdıq. Əgər, vətəndaşlarımızı sevindirə bilmişiksə, bundan qürur duyarıq.
- Hər kəs qələbənin davamının gələcəyi düşündürür?
- Artıq növbəti oyunları düşünürük. Əlbəttə ki, hədəfimiz daha çox xal toplamaqdır.
- Qarşıdan Polşayla oyun gəlir..
- İnşallah, məğlubiyyətin əvəzini çıxarıq. Düzdü, 8:0-dan sonra da belə deyirdik. Amma indi bizim bir üstünlüyümüz var. O da ki, artıq azarkeşlərimizin yenidən rəğbətini qazana bilmişik. Ona görə də azarkeşlərin dəstəyi ilə revanşı alacağımıza inanıram.
- Və daha vacib olan sentyabrda ermənilərlə görüşlərdir.
- Həmin matçlar bu qrupun ayrı bir mərhələsidir ki, sadəcə iki tərəfi maraqlandırır. Hətta finləri yenməsəydik belə, bu bizim düşmənlərimizlə oyunumuza köklənməyə mane ola bilməzdi. İndidən o oyunları düşünmək də lazım deyil. Çünki, futbolda bir oyuna hədsiz dərəcədə yükləndiyin zaman yana bilərsən.

“Missiyamla qürur duyuram”

- Bir qədər də “Qarabağ” haqqında danışaq. Rasim Kara gəldikdən sonra klub gənclərin Aazərbaycan futboluna qazandırılmasına üstünlük verməyə başladı. Sənə isə xüsusi missiya həvalə etdilər. Çətin deyil?
- Əlbəttə, bu böyük bir məsulyyət hissi yaradır. Bunu etiraf etmək lazımdır ki, “Qarabağ” kimi komandanın kapitanı olmaq həm məsuliyyətli, həm də şərəflidir. Bunun öhdəsindən nə dərəcədə gəlib-gəlmədiyimi deyə bilmərəm, amma baş məşqçini mənə belə etimad göstərməsi qürurvericidir. Gənclərə gəlincə, hal-hazırda yığmalara “Qarabağ”dan çox futbolçu verən yoxdur. Əlbəttə, indi olmasa da bir neçə il sonra Azərbaycan futbolu bunun bəhrəsini görəcək.
-İkinci dövrədə, 3 tur oynanılıb. Ardıcıl olaraq, məğlubiyyət, heç-heçə və qələbə. Bu yüksəlişin davamı gələcəkmi?
- Etiraf etmək lazımdır ki, artıq çempionatda yüksək yerlər uğrunda mübarizə aparmaq imkanını itirmişik. Kubokun da əldən getdiyini nəzərə alsaq, növbəti görüşlərə gənclərin qazanılmasına sərf etməkdir.

“4-5 ulduz futbolçu yetişəcək”

- Bu gənclərin arsından ikinci Aslan yetişəcəkmi?
- Ad çəkmək istəmirəm. Amma yetərincə istedadlı futbolçularımız var. Heç olmazsa, onların arsından 4-5 ulduz futbolçu yetişəcək.
- Növbəti mövsüm qarşısına yüksək hədəflər qoyan “Qarabağ” üçün bu heyət yetərlidirmi?
- Buna baş məşqçimiz qərar verəcək. Təbii ki, digər klublarda heyətini gücləndirirlər. Zənnimcə, 1-2 yüksək səviyyəli futbolçu alınsa, gənclərin “artır”masına böyük kömək olardı.
- Növbəti oyunlarda, “Qarabağ”dan nə gözləyək?
- Onu deyə bilərəm ki, heç kimə asanlıqla təslim olmayacağıq. Mövqeyindən asılı olmayaraq, “Qarabağ” heç bir zaman ambisiyasiyalarını itirmir. Geridə qalan oyunlarımızda maksimum nəticə toplayaraq, çempionatını başa vurmağa çalışacağıq.
- Sonda nə demək istərdin?
- Azarkeşlərimizə demək istəyirəm ki, bizi dəstəkləsinlər. Onların sevgisinə hər zaman ehtiyacımız var. Sizi əmin edirəm ki, xalqını sevən biri olaraq geydiyim formanı qürurla daşıyır və onun uğuru üçün əlimdən gələni etməyə hazıram...


 

QARABAĞ - GİLAN (ASLAN KƏRİMOV`UN QOLU)

 

Paylaş

// pop up