ASLAN KƏRİMOV: "BİZİM ƏN ƏSAS VƏZİFƏMİZ GÖZƏL FUTBOL OYNAMAQDIR! "
26 Avq 2005
ASLAN KƏRİMOV: "BİZİM ƏN ƏSAS VƏZİFƏMİZ GÖZƏL FUTBOL OYNAMAQDIR! "
Aslan Kərimov 1973 -cü ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından futbola həvəsi onu bu sənətə professional yanaşmasına səbəb olmuşdur.Onun ilk professional komandası Bakının "Termist" klibu olmuşdur.Bundan sonra “Azəri”,"Qarabağ", “Neftçi”, “Kəpəz", “Ans-Pivani”, “Şəmkir” klublarında forma geyinən futbolçu qısa zaman kəsiyində "Baltika"nın (Rusiya) heyətində legioner həyatı da yaşamışdır. Aslan Azərbaycan çempionatında indiyədək 269 matçda forma geyinərək 5 qat Azərbaycan Çempionu olmuşdur.
Saytımızın bu dəfəki qonağı da məhz Aslan Kərimovdur.
- Artıq çempionat başlayıb və iki tur da arxada qalıb. Bu oyunlar haqda fikirlərin?
- «Turan»la oyunda yaxşı oynadıq. Nəticə ən azı heç-heçə olmalı idi. İkinci hissədə hətta qol vuraraq qalib də gələ bilərdik. «Neftçi» ilə oyunda da başabaş mübarizə apardıq. Hesabda bizim irəli çıxmağımıza baxmayaraq, hesabı bərabərləşdirə bildilər.
- Çoxları klubumuzdan belə oyun gözləmirdi…
- Komanda yenidən formalaşıb. Ötən illə müqayisədə etsək,indi klubda daha təmiz ab-hava var. Yeni gələnlər də yaxşı futbolçulardır. Məqsədimiz də birdir: hər oyundan qələbəylə ayrılmalıyıq. Rəhbərlik tərəfindən qarşımıza qoyulan vəzifə isə avrokuboklara vəsiqə qazanmaqdır. Məşqçimiz də gəncdir. Onun uğurlu olacağına inanırıq. Bu çempionatda «Qarabağ»ın öz dəsti-xətti olacaq.
- Ən yaddaqalan matçın....
- Yaddaqalan matçın çox olub. Müstəqilliyimizi ilk dövrlərində millidə oynadığım zaman Polşaya qarşı matçda
Zelitskiyə qarşı oynayırdım. Bu oyunda özümü deyilənlərə görə yaxşı tərəfdən göstərə bilmişdim...
-Heç elə anlar olubmu ki, futbolu tərk etmək istəmisən?
-Olub. Sumqayıtda "Qarabağ" "Neftçi" ilə qarşılaşırdı. 1:0 biz qalib gəlirdik. Mən Samir Ələkbərova qarşı oynayırdım. Matçın son dəqiqələrində Samir qapımıza qol vuraraq, hesabı bərabərləşdirdi və matç heç-heçə başa çatdı. Ondan sonra məşqlərə də qatılmayaraq futboldan ayrılmaq istəyirdim. Sağ olsun Ağasəlim müəllim. Gəlib məni futbola qaytardım.....
-Sonda "Qarabağ" haqqında fikirlərin....
- Ötən heyətdən aparıcı futbolçuların bir qismi klubu tərk etsə də, yeni yığılmış heyət də pis təsir bağışlamır. Çempionatın son iki matçı da dediklərimi bir daha sübut etdi. Bir yerde oyun praktikasının olmaması ilk turda özünü göstərdi ki, gələn turlarda bu problem də öz həllini tapacaq və "Qarabağ" öz sözünü deyəcək.