ASLAN KƏRİMOV "C" KATEQORİYALI MƏŞQÇİ...
ASLAN KƏRİMOV "C" KATEQORİYALI MƏŞQÇİ...
Dünən AFFA-nın inzibati binasında növbəti tədbir keçirildi. 2007-ci ilə noyabrın 6-dan 12-dək Bakı şəhərində məşqçilər üçün təşkil olunmuş “C” kateqoriyalı lisenziya kursunu müvəffəqiyyətlə başa vuran mütəxəssislərə lisenziyalar təqdim edilib. AFFA-nın baş katibinin müavini Ələddin Ağai, Elmi Metodiki Mərkəzinin rəhbəri Rafiq Bağırov, EMM üzvləri İlqar Əliyev, Namiq Quliyev və gənc hakimlər kursunun rəhbəri Rüstəm Rəhimovun iştirak etdiyi tədbirdə 35 məşqçi “C” kateqoriyalı lisenziya alıb. Bunların arasında milli komandanın kapitanı Aslan Kərimov, eləcə də Səttar Əliyev, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Emin Salmanov, Tərlan Əhmədov və Paşa Əliyevin adı diqqəti cəlb edib. Dünən həm də Bakıda növbəti “C” kateqoriyalı kursa start verilib. 30 nəfərin iştirak etdiyi bu seminar fevral ayının 23-nə qədər davam edəcək.