ASLAN KƏRİMOV - ƏN YAXŞI YARIMMÜDAFİƏÇİDİR

single-news
28 Apr 2005

ASLAN KƏRİMOV - ƏN YAXŞI YARIMMÜDAFİƏÇİDİR



Saytımızda növbəti sorğu ən sevilən yarımmüdafiəçinin müəyyənləşdirilməsi məqsədi daşıyırdı. Nəticələr də gözlənilməz olmadı. Gözlənildiyi kimi, Aslan Kərimova ən çox səs verdilər: 92 səs. Amma ikinci yeri tutmuş İsmayıl Məmmədov da sona qədər birincilik şanslarını saxlayırdi: 88 səs. Aqil Məmmədovun son oyunlarında göstərdiyi oyun ona son günlərdə daha çox səs verilməsinə səbəb oldu və o üçüncülüyə yüksəldi... Sorğunun bütünlüklə nəticəsi ilə "ANKET ARXİVİ" bölümündən tanış ola bilərsiniz. Ən çox sevilən yarımmüdafiəçi: Adı: Aslan Soyadı: Kərimov Doğulduğu yer: Bakı Doğum Tarixi: 01.01.73 Təhsili: Ali İdman Akademiyası Ampluası: Universal Boyu: 174 sm Çəkisi: 75 kq Ailə vəziyyyəti: Ailəli Xoşladığı ... yemek: dolma ... meyvə: alma ... içki: mineral su ... musiqi: lirik ... müğənni: yox ... kino: Odnajdı v Amerike ... aktyor: De Niro ... kitab: yox ... yazıçı: Aqata Kristi ... idman: amerika futbolu ... idmançı: Maykl Cordan ... məşğuliyyəti: ov etmək ... maşın: Land Kruizer ... idarə etdiyi avto: Mersedes 600 ... rəng: qara ... məşqçi: A.Mircavadov ... komanda: Real Madrid Arzuladığı titul: Dünya çempionu Oynamaq istədiyim komanda: "Dinamo" Kiyev Olmaq istədiyi şəhər: Rio de Janeiro Çıxış etdiyi klublar: “Azəri”, “Neftçi”, “Kəpəz”, “Bakı Fəhləsi”, “Şəmkir”

Paylaş