Aslan Kərimov:` Son 4 oyunda qələbə üçün meydana çıxacağıq`

single-news
21 Apr 2010

Aslan Kərimov:` Son 4 oyunda qələbə üçün meydana çıxacağıq`



`Qarabağ`ımızın  son oyundakı məğlubiyyəti hər kəsi məyus etdi. 18 ildən sonra Ağdamda məğlub olan komandamızın əfsanəvi kapitanı Aslan Kərimovun fikirlərini bilmək maraqlı olardı. 37 yaşlı universal futbolçu saytımıza verdiyi açıqlamada həm məğlubiyyətə, həm də ki komandanın qarşıdakı oyunları haqqında danışıb:`Qarabağ`da hər zaman döyüşkən, sona qədər mübarizə aparan ruhu olub. Əlbəttə, `6`lıqda heç də istədiyimiz nəticələri əldə edə bilməməyimiz bizi üzür. Təbii ki, bunda müəyyən səbəblər var. Və ilk növbədə özümüzdə səhv axtarmalıyıq. Bəzi oyunlarda şans da bizdən üz döndərmişdi. Düzdü, 9 futbolçunun millidə oynaması bizim üçün fəxrdir. Millidə oynamaq hər zaman futbolçuya əlavə stimul verir. Amma, istənilən halda mövsümün sonuna yaxın keçirilən təlim-məşq toplanışları, üstəlik uzun yollar futbolçuları yorur. Amma bizim komandada əla kollektiv var. Heç bir zaman futbolçular bunu qabartmayıblar. Hər kəs bir-biri üçün meydanda sona kimi vuruşur. Meydandan kənarda da əla kollektivimiz var. Təbii ki, uğursuzluq hamımızı məyus edir. Amma inanıram ki, birliyimiz sayəsində avrokuboklara vəsiqə qazancağıq. Bunun üçün qalan 4 oyunda qələbə qazanmaq üçün meydana çıxacağıq. Bu komanda avrokuboklarda 2 mərhələ keçən komandadır. İnşallah, sonda avrokuboklara vəsiqə qazanacağıq.` 

 

Paylaş

// pop up