Aslan Kərimov:``Qarabağ` kimi tarixi bir rəmzin bir parçası olmaq qürurvericidir`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5479.jpg)
Aslan Kərimov:``Qarabağ` kimi tarixi bir rəmzin bir parçası olmaq qürurvericidir`
Xəbər verdiyimiz kimi, `Qarabağ` Futbol Klubu tarixində ən unudulmaz simalardan olan Aslan Kərimov rəsmən futbolla vidalaşır. 38 yaşlı müdafiəçi `Qarabağ`ımızın heyətində 346 oyuna çıxmaqla, böyük nailliyyət əldə edib. O, demək olar ki, `Qarabağ`ın heyətində bütün mümkün titullara sahib çıxıb.
`Qarabağ`ı 118 oyunda kapitan kimi meydana çıxaran Aslan `Qarabağ`da 13 mövsüm keçirib. `Qarabağ`ın qazandığı bütün oyunlarda onun ismi var. `Qarabağ`ın qazandığı bütün titullarda (2 qat Azərbaycan çempionu, 3 qat ölkə kubokunun sahibi olub) `Qarabağ`ın futbolçusu olub. Eyni zamanda Aslan hələ də millidə ən çox oynamış futbolçu statusunu özündə saxlayır.
İndi Kərimov sabah `Qarabağ`la hazırda məşqçi kimi çalışdığı `Sumqayıt-Şəhər`lə arasında baş tutacaq kubok oyununda futbolla rəsmən vidalaşacaq. Aslan saytımıza verdiyi açıqlamada bu barədə danışıb:`Hər başlanğıcın bir sonu olur. Futbolçu həyatı əbədi deyil, bir gün karyerana son qoymaq lazım gəldiyini bilirsən. Düzdü, bəzən bunu qəbul etmək çətindir. Təbii ki, başqa klublarda da çıxış etmişəm, legioner kimi də oynamışam, amma `Qarabağ` mənim üçün bir başqa olub. Hamı məni `Qarabağ`lı Aslan kimi tanıyır. Futbolla vidalaşmaq ağır olsa da, bununla barışmaq lazımdır. Geriyə boylandığım zaman heç bir şeyə görə peşman deyiləm. `Qarabağ` kimi tarixi bir rəmzin bir parçası olmaq qürurvericidir. İnşallah, gələcəkdə futbolçu kimi öyrəndiklərimi məşqçi kimi tətbiq etmək istəyirəm.`
Aslan Kərimov
`Qarabağ`da ilk oyun: 28.02.1993 `Qarabağ` – `Azəri` – 2:0 – 90 dəqiqə
Son oyun – 28.11.2010 `Qarabağ` – `Neftçi` – 0:1 80-ci dəqiqədə meydana daxil olub.
Ilk qol: 18.03.2003 `Qarabağ` – `Şəmkir` – 2:0 – 39-cu dəqiqədə matçda ikinci qol
Uğurları: Çempion (1993 ,1996/97), gümüş mükafatçı (1993/94), bürünc mükafatçı (2003/04, 2009/10, 2010/11), Kubokun qalibi (1993, 2005/06, 2008/09), finalçısı (1995/96)
mövsüm turnir oyun qol kapitan
1993 Çempionat 17 - -
Kubok 9 - -
1994 Birlik kuboku 3 - -
1993/94 Çempionat 26 - -
Kubok 2 - -
1994/95 Çempionat 17 - -
Kubok 1 - -
1995/96 Çempionat 14 - -
Kubok 4 - -
1996/97 Ç empionat 30 - 1
Kubok 5 - -
Kuboklar kuboku 2 - -
1997/98 UEFA kuboku 2 - -
2004 Birlik Kuboku 2 - -
2003/04 Çempionat 23 2 -
Kubok 5 - -
2004/05 Çempionat 25 4 6
Kubok 2 1 1
UEFA kuboku 2 - -
2005/06 Çempionat 20 - 8
Kubok 8 1 5
2006/07 Çempionat 20 1 17
Kubok 4 - 1
UEFA kuboku 2 - 2
2007/08 Çempionat 20 2 20
Kubok 3 - 3
2008/09 Çempionat 22 1 21
Kubok 5 - 5
2009/10 Çempionat 28 2 17
Kubok 4 - 3
Avropa Liqası 6 - 6
2010/11 Çempionat 6 - 1
Kubok - - -
Avropa Liqası 7 - 1
CƏMI: Çempionat 268 12 91
Kubok 52 2 18
Birlik kuboku 5 - -
Avrokuboklar 21 - 9
CƏMI: 346 14 118