Aslan Kərimov:`Sadəcə, təəssüflənirəm ki...
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
1 Dek 2011
Aslan Kərimov:`Sadəcə, təəssüflənirəm ki...
O, artıq futbolçu deyil. 1992-ci ildə başlayan karyerasını rəsmən tamamladı. 13 il `Qarabağ`ın uğurları üçün tər tökmüş Aslan artıq həyatının yeni mərhələsinə başlayır. Daim təvözəkar, işinə peşəkar olan 38 yaşlı veteran `Qarabağ` - `Sumqayıt-Şəhər`lə oyun öncəsi sonuncu dəfə topa `toxundu`. Aslan saytımıza həm xatirələrini vərəqlədi, həm də vida haqqında təəssüratlarını paylaşdı:` Təbii ki, duyğularımı sözlə ifadə etmək mümkün deyil. Bu elə bir şeydi ki, həyatda bir dəfə olur. Həm də hər bir futbolçuya nəsib olmur. Əslində, belə tədbirlərlə aram yoxdu. `Qarabağ` rəhbərliyi çox təkid edirdi ki, gəl, vida matçı keçirək. Hətta daha böyük planları vardı. Amma həmişə şan-şöhrətdən qaçmışam. Ona görə də razılaşmadım. `Qarabağ` rəhbərliyinə göstərdikləri diqqətə görə təşəkkür edirəm.`
Aslan `Qarabağ`ın heyətində `İmarət`də oynamış sonuncu futbolçu idi. İndi də futbolu məhz Ağdam torpağında `qurtardı`. Kərimov xatirələrini belə ifadə etdi:` Heç inana bilmirəm ki, o vaxtdan hardasa 20 il keçib. O zaman futbola yeni başlamışdım. Müharibə vaxtı futbol oynamaq tam fərqli bir duyğu idi. Futbolda daha çox romantika vardı. Heç vaxt fikirləşmirdik ki, oyun zamanı bizə nəsə ola bilər. Düzdü, hər an həyatımızı dəyişə bilərdik. Amma məsuliyyətimiz o qədər böyük idi ki... İndi fikirləşirəm ki, o günlərin mənim yetişməyimdə böyük rolu oldu. Tez böyüdüm. Axı, o zaman mənim kimi gənc çox azdı komandada. İndi qismətdən futbolla məhz Ağdamda vidalaşdım. Amma həyatda heç vaxt təsadüf olmur. İnanıram ki, bu da mənim yenə də nə zamansa `İmarət`i görəcəyim anlamına gəlir.
Aslan `Qarabağ`ın bütün uğurlarına şahid etməklə tarixdə fərqli rola malikdir:`Hə, `Qarabağ`la 5 titul qazanmışam. Üstəlik, `bürünc`lər də var. Əlbəttə, geriyə boylandığım zaman hər uğurumuz insana şirin xəyal kimi gəlir. Bəzən, artıq futbolçu kimi o emosiyaları yaşaya bilməyəcəyimi düşünəndə...Amma taleyimizlə barışmaq lazımdır.`
Aslan `Qarabağ`ın yeni erasında Avrokuboklardakı tarixi uğurlarını belə dəyərləndirib:``Qarabağ`ın özəl ruhunun olması heç kimə sirr deyil. `Qarabağ`ın prezidenti Tahir Gözəl hər zaman bizə rəhbərdən daha çox böyük qardaş olub. O qədər alicənab idi ki, bəzən uğurusuzluq durumunda onun sifətinə baxmağa utanırdıq. Bugün `Qarabağ`ın buralara gəlməsində Tahir bəyin uzaqgörənliyinin böyük rolu var. `Rosenborq`la oyunqabağı heç kim bizə inanmırdı. O, bizə dedi ki, mən sizdən heç nə gözləmirəm. Çıxın, adınız üçün oynayın. Sevinirəm ki, onun arzularını az da olsa reallaşdıra bilmişik. Sadəcə yeganə təəssüfləndiyim şey odur ki, Tahir bəyə çempionluq yaşada bilmədik. Amma indiki `Qarabağ`ın buna qadir olduğunu düşünürəm. Zənnimcə, `Qarabağ`ın çempion olacağı gün elə də uzaqda deyil.`
Aslan `Qarabağ`lı olaraq xatırlanmasından qürur duyduğunu ifadə etdi:`Karyeram ərzində başqa klublarda oynasam da, `Qarabağ`lı Aslan kimi tanınmağım tam normaldı. Məşqçilikdə yeni addımları atıram. Hələ öyrənəcəyim şeylər var. Bilmək olmaz nə qədər bu peşədə çalışacam. Amma illər sonra hər kəsin məni `Qarabağ`lı Aslan kimi xatırlamasından fərəh duyuram.`