ASLAN KIMI OYNADILAR… 1: 0
ASLAN KIMI OYNADILAR… 1: 0
Dünən “Qalatasaray” öz azarkeşlərini növbəti dəfə sevindirə bildi. “Sarı-qırmızılar” UEFA Kuboku B qrupunun ilk matçında Yunanıstanın “Olimpiakos” klubunu 1:0 hesabı məğlub etməyi bacardı. “Ali Sami Yen” stadionunda rəqibini öz üsten oyunu ilə susdurmağı bacardı. “Qalatasaray”ın ilk və tək qolu matçın 25-ci dəqiqəsində vuruldu. Qolun müəllifi isə Harri Kevel oldu. 90 dəqiqə boyunca ulduz oyunun hakimi olan “cim-bom”lular saysız-hesabsız real qol şanslarından yararlana bilmədilər. Linkolnun vurduğu iki möhtəşəm zərbə də dirəkdən geri döndü.
“Qalatasaray” qrupdakı ilk matçından qalib ayrılaraq 3 xalı öz aktivinə yazmağı bacardı. “Olimpiakos” isə təbii olaraq evə əliboş döndü. “Qalatasaray”ın növbəti matçı noyabr ayının 6-sı baş tutacaq. Rəqib isə Portuqaliya təmsilçisi – “Benfika” klubu olacaq.