ASLAN VƏ KƏNAN KƏRİMOVLARLA MÜSAHİBƏ

single-news
11 İyn 2007

ASLAN VƏ KƏNAN KƏRİMOVLARLA MÜSAHİBƏ



KƏRİMOVLAR - ASLAN və KƏNANLA müsahibə:

-         Aslan, hal-hazırda Tərlan Əhmədovla birlikdə ən çox milli formada meydana çıxmış futbolçusan...

-         Sözün açığı keçirdiyim oyun sayı haqqında heç bir məlumatım yoxdu. Daha doğrusu bunu hesablamaq fikrim olmayıb. Ancaq bunu mütləq qeyd etməliyəm oyun sayı mənim üçün elə də vacib deyil. Önəmli olan, milli formanı qürurla geyinməkdir. Milli komandada uzun müddət oynayıb hər hansısa bir uğura atırsansa bu istənilən futbolçu üçün fəxr deməkdir.

-         Növbəti oyun artıq mütləq rekerdçusan..

-         Vallah, elə bir niyyətim yoxdu ki, ancaq rekordçu olum. Bir neçə gün öncə bir jurnalist zəng edib, bu barədə məndən soruşana qədər heç nədən xəbərim yox idi. Bu ancaq statisklərin marağındadır(gülür)

-         Sadəcə, Emin Quliyevin sənə çatmaq şansı var. O da səndən 30 oyun geri qalır. Belə stabilliyi nəyə borclusan?

-         Mənim işim futbol oynamaqdır. Əgər məşqçilər məni hər zaman milliyə dəvət ediblərsə buna görə onlara təşəkkür etməliyəm. Heç çağırmasalar da heç kimdən incimərəm.

-         100-cü oyununu nə zaman görəcəyik.

-         İnanmıram ki, bu göstəriciyə çatacam.(gülür). Milli səviyyədə oynamaq başqa şeydir. Hər hansı bir rekord uğrunda milli formaya zərəbə vurmaq düzgün deyil. Amma, heş kimə deyə bilməz ki, 100 dəfə yığmada oynamaq istəmir.

-         Seçmə tsiklin sonuna qədər oynasan oyun sayı ilə bağlı bütün rekordları əldə edəcəksən..

-          Yenə deyirəm, əsas baş məşqçinin etimadıdır. Zəif oynasam heç kimə minnətçi düşmərəm ki, rekorda görə məni yığmaya çağırsın.

-         Yəqin Hakan Şükürü nəzərdə tutursan( Türkiyə tarixinin qol kralı olmaq üçün Şükürə bir neçə qol lazım olsada “Bosfor buğası” uzun müddətdi fərqlənə bilmir və rekordu yenilədikdən sonra futboldan gedəcəyini bildirib-red)

-         Yox, 100 % deyə bilərəm ki, mən buna getməyəcəm. Milliyə ilk növbədə xeyir vermək niyyəti ilə yanaşmaq lazımdır. Yəni rekord mənim üçün etalon deyil. İndidən sonra, 3-də oynasam 5-də önəmli olan yığmaya fayda verməkdir. Milliyə oyunuma görə çağırsınlar, rekorda görə yox.

-         Bir qədər də son oyunlar haqda danışaq. Zənnimcə, milli tarixin ən yaxşı oyunlarını keçirdi. Yəni futbolun komponentlərində heç də rəqibindən geri qalmadı.

-          Zənnimcə, pis təsir bağışlamadıq. Hər iki oyunda 1:0 irəlidə idik. Nə deyim, yorğunluq da öz sözünü dedi. Düzdü, bəhanə gətirmirəm. Amma etiraf edək ki, bu bizim ən böyük bəlamızdır.

-         Amma hər halda, Potuqaliya, Finlandiya və Polşa ilə hər iki oyunda hakimin rəqibə tərəfkeşliyi hiss olunurdu.

-         Dünyanın hər yerində belədi. Güclülərlə oyunda zəifləri sıxırlar. Nə etmək olar. Ancaq, son iki oyundan sonra hamı bizdən çəkinməli olacaq.

Sonra isə komandamızın kapitanlarından olan Kənan suallarımıza cavab verdi.

-         Kənan, uzun müddətdi Aslanla həm millidə, klubda həm də klubda oynayırsan. Aslanın nailiyyətinə yəqin səndə sevinərsən..

-         Əlbəttə. Onu gəclik illərimdən tanıyıram. Demək olar ki, futbolda bir yerdə böyümüşük. Aslan uğuruna sevinməklə yanaşı onunla fəxr edirəm. İnanım ki, Aslan milli uğrunda sevərək canını fəda edər.

-         Səncə Aslan hələ futboldan doymayıb?

-         Yox, Aslan həm də mənim yaxın dostumdur. Onun millini necə sevdiyini bilirəm. Ona görədə onun daha çox yığmada oynamasını istəyirəm.

-         Kənan, zədə sənə oynamağa qoymadı. Kənardan hansı hissləri keçirdin?

-         Vallah, nə deyim. Uşaqlar əla mübarizə apardı. Rahatca qələbə qazana bilərdik. Nəsə alınmadı. Yəqin təcrübəmiz çatmadı.

-         Hüçumçusan. Meydanda olsaydın, qaçırdığımız qol epizodlarında fərqlənə bilərdin?

-         Onu heç kim əvvəldən deyə bilməz ki, mən olsaydım mütləq fərqlənərdim. Bilirəm ki, həmkarlarım əlindən gələni etdi. Kim qol vurmaq istəməz ki? Ona görə də kimisə qınamaq düzgün olmaz.

-         “Qarabağ”dan növbəti mövsüm nə gözləyəcək?

-         A.K.: Əlbəttə, mütləq çempionluq uğrunda döyüşəcəyik. Bunun üçün bütün imkanlara malikik. Baş məşqçidən tutmuş prezidentə qədər hamı mükəmməl şəkildə birlik yaradıb. Bunun müqabilində uğur öz-özünə mütləq gələcək.

-         K.K.: Ötən mövsümü boşa verdik. Demək olar ki, uğur anı üçün səbirsizlənirik. İnşallah, gələn mövsüm bizi sevənləri ürəkdən sevindirəcəyik. Azarkeşlərimiz növbəti mövsüm əsl “Qarabağ”ı izləyəcək.

Paylaş

// pop up