ASLAN VƏ VÜQAR TÜRKİYƏYƏ GEDƏSİ OLMADILAR (ÇEMPİON, 07 FEVRAL, 2005)

single-news
8 Fev 2005

ASLAN VƏ VÜQAR TÜRKİYƏYƏ GEDƏSİ OLMADILAR (ÇEMPİON, 07 FEVRAL, 2005)



Qəzetimizin ötən saylarında Vüqar Nadirov və Aslan Kərimovun bir neçə Türkiyə klubundan dəvət aldıqları barədə xəbər getmişdi. Artıq “Qarabağ” Antalyadan geri qayıtdı. Biz də həmin oyunçularla danışıb, bu təkliflərin hansı klublardan olması ilə maraqlandıq. İlk olaraq, Aslanla danışdıq. O, belə təklif olduğunu təsdiqləməklə yanaşı, şəxsən özü ilə bu barədə heç kimin danışmadığını söylədi: “Düzü, mən də eşitmişdim ki, bəzi klublar maraqlanır. Amma bildiyimə görə, onlar klub rəsmiləri ilə danışıblar. Yəni özümə heç nə deməyiblər. Hə, bir də o klublar Türkiyənin birinci dəstə təmsilçiləri idilər. Onu da deyim ki, hətta belə təklif olsa da getməzdim. Mənim artıq xaricdə oynayan yaşım deyil”. Aslandan fərqli olaraq, Vüqar Nadirov onunla maraqlanan klubların adlarını da açıqladı. “Altay”dan təklif aldığını təsdiqləyən Nadirov daha bir klubun da onunla danışdığını söylədi: “Altay” və “Karşıyaka”nın klub rəsmiləri məni heyətlərinə cəlb etmək istəyirdilər. Hətta özümlə də danışıqlar apardılar. Mən də onlara dedim ki, “Qarabağ”la danışıqlar aparsınlar. Bundan sonra isə o klubların heç birindən səs çıxmadı”.

Paylaş