`Atletiko` rekordla çempion oldu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5619.jpg)
10 May 2012
`Atletiko` rekordla çempion oldu
Avropa Liqasında final matçı ilə mövsümə yekun vurulub.
Turnirin həlledici görüşündə İspaniyanın iki komandası - "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) klubları üz-üzə gəlib.
İki il öncə finalda İngiltərənin "Fulhem" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru bu dəfə də təkrarlamaq niyyətində idi ki, buna da nail olub.
Turnir ərzində bir neçə iddialı klubları mübarizədən kənarlaşdıran "Atletik" rəqibinə müqavimət göstərə bilməyib. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Atletiko" növbəti dəfə Avroliqanın fəxri kubokuna sahib çıxıb.
9 may
Avropa Liqası, final görüşü
23:45. "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) - 3:0
Qollar: Falkao, 7 (1:0), 34 (2:0), Dieqo, 85 (3:0)